“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Ermənistan parlamentinin spikeri | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...” - Ermənistan parlamentinin spikeri

Siyasət A- A A+

ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir.

Eurasia Diary xəbər verir ki, belə bəyanatla Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda, Atlantk Şurasında çıxış edib.

“Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun altından qalxa bilməz”,-o bildirib.

Mirzoyan qeyd edib ki, ABŞ-la İran arasında gərginliyin artması Ermənistan iqtisadiyyatına mənfi təsir edir. Çünki iki qonşusu ilə sərhədi bağlı olan Ermənistan İranla münasibətlərdən çox asılıdır.

Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri iyulun 18-nədək davam edəcək, daha sonra isə erməni spiker iyulun 26-na qədər Boston və Nyu-Yorkda görüşlər keçirəcək. Onun səfərində məqsəd ABŞ-dakı erməni diasporundan və Birləşmiş Ştatlardan Ermənistan iqtisadiyyatına dəstək təmin etməkdir.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...