Türk diplomatı niyə öldürüldü? Keçmiş səfirdən qorxunc proqnoz: “Bu hadisələrin davamı gələ bilər”

Siyasət 11:46 18.07.2019

Xəbər verdiyimiz kimi, iyulun 17-də İraqın şimalında Kürd Muxtariyyatının paytaxtı Ərbil şəhərində bir restoranda terroçularun silahlı hücumu nəticəsində Türkiyə Baş Konsulluğunun əməkdaşı Osman Köse və daha iki iraqlı qətlə yetirilib.

Hadisənin baş vermə tarixi və terror aktının məhz türk diplomatına qarşı törədilməsi bir çox suallar doğurur.

Belə ki, diplomata qarşı terror aktı Türkiyənin Şimali İraqda PKK qüvvələrəinə qarşı həyata keçirdiyi “Pəncə 2” əməliyyatına başlamasını elan etdikdən bir neçə gün sonra baş verib. Həmçinin son aylarda rəsmi Ankara ilə Şimali İraq Kürd Muxtariyyatı arasındakı əlaqələrdə irəliləmə müşahidə edilib. Türkiyə bu aylarda həm rəsmi Bağdad, həm də Ərbil hökuməti ilə sıx əməkdaşlıq edərək PKK-lı terroristlərin düşərgələrini aşkar etmiş və “Pəncə 1” əməliyyatına başladıqdan sonra isə PKK-ya çox ağır zərbələr endirmişdi. “Pəncə 2” əməliyyatına start verildikdən bir neçə gün sonra Ərbildə türk diplomatların öldürülməsi Ərbil höküməti ilə Türkiyənin arasını pozmaq, Türkiyəyə təhdid mesajı vermək və s. məqsədlərlə bağlı ola bilər.

pençe harekatı ile ilgili görsel sonucu

Eurasia Diary xəbər verir ki, mövzu türk ictimaiyyətində geniş müzakirə edilib. Bu barədə ətraflı şərh verənlərdən biri də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq kəşfiyyat rəisi İsmail Haqqı Təkin olub.

“İndepen” agentliyinə verdiyi açıqlamasında general, diplomata qarşı yönəlmiş bu hücumların bir intiqam əməliyyatı ola biləcəyini qeyd edib:

““Pəncə 1” və “Pəncə 2” əməliyyatları zamanı Ərbil hökuməti ilə türk hökuməti paralel fəaliyyət göstərib. Və bu əməliyyatlarda PKK ağır zərbə alıb. İndi Ərbildə diplomatlar güllənirsə, bunun arxasında duran məqam təhdiddir. Məncə, PKK hər iki hökuməti də təhdid edir və öz miqyasında intiqam almağa çalışır. Lakin bu məsələnin bəzi ictimai xadimlərin qeyd etdiyi kimi “S-400” məsələsi ilə bağlı olduğunu düşünmürəm”.

Türkiyənin sabiq diplomatı Yalım Eralp isə türk diplomatlarına qarşı həyata keçirilən hücumu şərh edərkən erməni terror təşkilatı olan və 1970-80-ci illərdə silsilə şəkildə türk diplomatlarına qarşı sui-qəsdlər tərtib edən ASALA örnəyini qeyd edib.

“Uzun illər ölkə xaricində fəaliyyət göstərmiş diplomat kimi qeyd edə bilərəm ki, xaricdə, xüsusən də İraq kimi təhlükəsizlik problemi olan ölkədə diplomatların mühafizəsi çox çətin bir məsələdir. Yadınızdadırsa 80-cı illərdə ASALA ardıcıl surətdə diplomatlarımıza qarşı bu cür hücumlar təşkil edirdi. ASALA-nın məqsədi populyarlıq qazanmaq və “intiqam” idi. Yenə hadisələrin arxasında PKK izinin olduğu qeyd edilir. Lakin bu dəqiq araşdırılmalı və müəyyənləşdirilməlidir. Eyni zamanda İraqda və Yaxın Orta Şərqdə həmçinin digər regionlarda xidmət edən diplomatlarımızın təhlükəsizliyinə xüsusi diqqət yetirmək lazımdır. Bu hadisələrin davamı gələ bilər”, - deyə keçmiş səfir bildirib.

Türk professor Əhməd Qasım Xan isə hadisəni şərh edərkən Türkiyənin xarici siyasətdə üzləşdiyi problemlərə diqqət çəkib və bu minvalla terror aktının arxasında saədəcə PKK-nın deyil, müxtəlif beynəlxalq aktorların da ola biləcəyini bildirib:

“Türkiyə bir tərəfdən Şimali İraqda PKK-ya qarşı hərbi əməliyyatlar həyata keçirir, bir tərəfdən ABŞ-la diplomatik krizis yaşayır və Rusiyadan S-400 zenit kompleksi alır, bir tərəfdən də Şərqi Aralıq dənizində Türkiyəyə qarşı bir regional konvensiya qurulur. Belə zamanlarda sizinlə problemi olan dövlətlər sizə birbaşa müdaxilə etməz, müəyyən maşalardan istifadə edər və sizin diqqətinizi başqa istiqamətə yönəltməyə çalışar. Bütün bunları nəzərə aldığımız zaman bu hadisənin sadəcə PKK-nın intiqam almağa yönəlmiş fəaliyyəti kimi nəzərdən keçirmək doğru deyil. Bəziləri Türkiyəni təhdid edir, Türkiyəyə mesaj verir, çünki Türkiyə artıq onların maraqları əsasında xarici siyasət yürütmür”.

 

Nicat İsmayılov

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı