Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırılıb.
Bu barədə Eurasia Diary-ə səfirlikdən məlumat verilib.
Bildirilib ki, Qazaxıstan prezidentinin imzaladığı sərəncamla Beybit İsabayev Qazaxıstan prezidentin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri vəzifəsində çalışıb.