ABŞ prezidenti Donald Tramp 2018-2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb.
Eurasia Diary xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran "Security Assistance Monitor" proqramı məlumat yayıb.
Ayrılmış 101 milyon 515 min dolların bir hissəsi Azərbaycanın cənub sərhədinin gücləndirilməsinə yönəlib. Bura tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir.
Ayrılan məbləğin bir hissəsi isə Xəzərdə təhlükəsizlik məsələlərinə və insan hüquqlarının inkişafına yönəlib.