Türk diplomatını öldürən terrorçu millət vəkilinin qardaşı çıxdı - ŞOK | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Türk diplomatını öldürən terrorçu millət vəkilinin qardaşı çıxdı - ŞOK

Siyasət A- A A+

İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücumla bağlı bəzi təfərrüatlar məlum olub.

Eurasia Diary-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ərbil Polis İdarəsi hücumu 3 nəfərin təşkil etdiyinə dair məlumat yayıb.

Bildirilir ki, 3 nəfərdən əsas şübhəli Diyarbəkir şəhər sakini, 27 yaşlı Mazlum Dağdır. O, hazırda axtarışa verilib.

 

Mazlum Dağın 13 bacı-qardaşı var. Bacısı Xalqların Demokrtaik Partiyasın Diyarbəkirdən (HDP) olan millət vəkili Dersim Dağdır.

Onun digər iki qardaşı- “İsyan” kod adlı İbrahim Dağ və “Numan” kod adlı Lütfi Dağ PKK terror təşkilatının üzvüdür.

Məlumata görə, Mazlum Dağ 2015-ci ildə PKK-ya qoşulub. O, hadisədən öncə bir həftə ərzində 4 dəfə təşkilatın Mahmur şəhərindəki düşərgəsinə baş çəkib. 

Xatırladaq ki, “Huqqabaz” restoranında törədilmiş terakt nəticəsində Türkiyənin Ərbildəki  Konsulluğunun əməkdaşı Osman Köse şəhid olub, daha iki İraq vətəndaşı həlak olub.

 

 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...