İşğal altındakı Kəlbəcər rayonunun “Tsmakaoq” adlandırılmış Bazarkənd kəndində Ermənistan tələbə və məktəbliləri üçün düşərgə təşkil edilib.
Eurasia Diary moderator.az-a istinadən xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, iyulun 13-dən 22-dək fəaliyyət göstərən düşərgədə İrəvan dövlət universitetinin və fizika-riyaziyyat təmayüllü məktəblərdən birini şagirdləri istirahət etməklə yanaşı, təbiət elmləri ilə bağlı elmi-əyləncəli oyunlar həyata keçirirlər.
P.S. Bu fakt da birbaşa Ermənistanın torpaqlarımızı işğal altında saxlamasını təsdiqləyir…