Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB - “Ağılsız köpək” | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB - “Ağılsız köpək”

Siyasət A- A A+

“Leyla Yunus qoy zindandan şanlı məktublarının xəcalətini çəksin!”

Eurasia Diary modern.az-a istinadən xəbər verir ki, bunu keçmiş baş nazir Pənah Hüseyn Avropada yaşayan hüquq müdafiəçisi Leyla Yunusun mərhum prezident Əbülfəz Elçibəy haqqında iddialarına münasibət bildirərkən qeyd edib. O sosial şəbəkə hesabında paylaşdığı fikirlərində bunları diqqətə çatdırıb:

“Leyla Yunus Sevinc Osmanqızının efirində Elçibəyin arxasınca danışıb. Qadınla hətta söz savaşına çıxmaq, onlara münasibətdə kobud söz işlətmək mənim adətimdə yoxdu və heç xoşlamıram. Şəxsən özüm haqqında Leyla Yunusun nə dediyi maraqlı deyil. Lakin söhbət Elçibəydən getdiyinə görə həqiqətən ağılsız köpəklər (və ya onun dişi variantı) ulduza hürəri xatırlatmaya bilmərəm”-deyə P. Hüseyn bildirib.

O, daha sonra əlavə edib:

“Eyni zamanda müəyyən dairələrin bu mövzuda gündəm yaratmaq cəhdi də açıq aydın hiss olunur və dostlara tövsiyə edərdim bu barədə də düşünsünlər”.

Qeyd edək ki, hazırda Avropada yaşayan Leyla Yunus Sevinc Osmanqızının sosial şəbəkədəki canlı yayımı vasitəsi ilə Ə.Elçibəyi “KQB” agenti adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...