Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiçi qəbul edib.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirib.
Yanes Kosyançiç XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək bu tədbirin böyük önəm daşıdığını və gələcək Olimpiya medallarının qazanılması üçün çox yaxşı hazırlıq prosesi olduğunu deyib. Yanes Kosyançiç Azərbaycanın beynəlxalq idman aləmində güclü mövqelərə malik olduğunu deyərək bu işlərdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.
Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
övzu ilə əlaqədar