Ermənistan hərbi sərgilərdə Mövcud olmayan silahlar və ya monqol turistlərə monqol dublyonkası

Siyasət 14:40 21.07.2019

Ermənilər bu gün xaricdən, xüsusilə də ərəb ölkələrindən investisiya axtarışına çıxıblar. BƏƏ, Misir, Livan kimi ölkələri cəlb etməklə onlardan investisiya əldə etməyə çalışırlar. Özlərində maliyyə imkanları olmadığına görə bu kimi ölkələrdən əldə etdikləri vəsait hesabına silah yaratmaq istəyirlər.

Bu fikirləri Oxu.Az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

 

Onun sözlərinə görə, bir məhsulun yaradılması böyük büdcə tələb edir və ermənilər də daha çox geridə qalmış ölkələri müştəri kimi cəlb etməyə çalışırlar:

“Çünki onların hazırladığı silahlar heç bir müasir standartlara cavab vermir. Zəif inkişaf etmiş ölkələrlə əlaqə qurmaq üçün Yerevan rəsmiləri beynəlxalq sərgilərdən istifadə edirlər.

Ermənilər beynəlxalq hərbi sərgilərdə o qədər də aktiv iştirak etmirlər. Bu il erməniləri iki beynəlxalq sərgidə müşahidə etdim. Bunlardan birincisi fevralda BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən IDEX-2019, digəri isə iyunun sonunda Moskvada baş tutan “Armiya-2019” hərbi sərgiləri idi”.

Ekspert bildirib ki, sərgidə ermənilərin məhsullarının böyük hissəsi maket halında nümayiş etdirilir.

“Əbu-Dabidə keçirilən sərgidə Ermənistan hərbi sənayesinin nümunələrini nisbətən yaxından müşahidə etdim. Orada kiçik bir stenddə öz məhsullarını nümayiş etdirirdilər. Stendə çıxardıqları məhsuldan çox özləri ilə qonaq gətirmişdilər.

Sərgi müddətində Ermənistanın müdafiə naziri David Tonoyan, həm də onun mətbuat katibi Artsrun Hovannisyan sərgidə şirkətlərin nümayiş etdirdiyi hərbi məhsulların önündə şəkil çəkdirmək və poz verməklə məşğul idilər. Daha çox öz stendlərinin qarşısında dayanan açıq-saçıq geyimli erməni qızlarla şəkil çəkdirirdilər”, - o əlavə edib. 

R.Süleymanovun fikrincə, erməni nümayəndələr müasir silahlarla şəkil çəkdirməklə nə vaxtsa Rusiyanın təsirindən qurtularaq öz ordularında bu silahları görməyi arzu edirlər.

Ekspert qeyd edib ki, Ermənistanın sərgidə nümayiş etdirdiyi məhsullar o qədər də ciddi xarakterli deyil. 

O, sərgidə Ermənistan stendinin qarşısında başına gələn maraqlı hadisəni də danışıb:

“Əbu-Dabidəki sərgidə onların məhsullarının broşürlərini götürəndə Ermənistan təmsilçisi mənim Azərbaycan nümayəndəsi olduğumu bilib etiraz etdi. Buna baxmayaraq, broşürləri götürə bildim. Silahların çoxu kağız üzərində olan və reallaşmayan layihə halındadır”.

“Moskvada baş tutan sərgidə də ermənilər daha çox şəkil çəkdirmək və ya özlərinin başqa stendlərdə çəkdirdiyi şəkilləri paylaşmaqla məşğul idilər. 

Sərgilərdə aşkar görünürdü ki, digər dövlətlər daha innovasiyalı məhsulları qoyub Ermənistanın müasir tələblərə cavab verməyən silahları ilə maraqlanmaq niyyətində deyillər. Onların silahlarının Türkiyə, yaxud Ukrayna silahları ilə müqayisəsi absurd görünür.

Ermənistan ən yaxşı halda bu məhsulları Konqoya, Uqandaya və bu kimi ölkələrə sata bilər. Müdafiə sənayesində innovativ texnologiyaları mövcud deyil. Onlar daha çox gördükləri silahların oxşarını yaratmağa çalışsalar da, bu da uğursuz alınıb. Ermənistanın müdafiə sənayesi sıfır vəziyyətindədir”, - R.Süleymanov deyib.

O bildirib ki, sərgiyə iştirakçı dövlətlərdən daha çox gənc mütəxəssislər qatılsa da, Ermənistan nümayəndə heyəti haqqında bunu demək olmaz:

“Onların sərgiyə gətirdiyi qonaqlar da yaşlı adamlardır. Təqribən 55-60 yaşlı erməni hərbçilər Ermənistan adından sərgilərdə çıxış edirlər. Erməni nümayəndə heyətinin tərkibində cavan olanlar yalnız stendin qarşısında dayanan erməni qızlardır. Bu da onu göstərir ki, Ermənistanda gənc nəslin silah sənayesinə marağı, demək olar, yox dərəcəsindədir. Digər ölkələrdən isə daha çox gənclər belə sərgilərdə aktiv iştirak edir”.

Ekspert sərgilərdə Ermənistanla bağlı daha bir maraqlı faktı açıqlayıb:

“Ermənilər sərgilərdə pilotsuz uçuş aparatlarının nümunələrini nümayiş etdiriblər. Təsəvvür edin, bütün PUA-larını Rusiyadan alan ölkə Rusiya bazarına pilotsuz uçuş aparatlarını nümayiş etdirməyə çıxarıb. Orada diqqətimi bir neçə model çəkdi. Bu modellər Rusiyanın “Zala” şirkətinin məhsullarının eynisi idi. Dizayn, format, kameralar - bütün cəhətləri eyni idi. Bu “monqol dublyonkasını monqol turistlərə satmağa” bənzəyir. 

Bir sözlə, Ermənistan Moskvadakı beynəlxalq sərgidə ən bərbad stendə sahib ölkə idi”. 

Sonda müsahibimiz bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanın sərgidəki məhsullarına maraq çox böyük idi:

“Bizim silahlarımız dünyanın dörd qitəsində istifadə edilir. Hətta Rusiya nümayəndələri özləri Azərbaycanın müdafiə sənayesinin inkişafından heyrətə gəlmişdilər”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Hamısı