"Yad torpaqlar uğrunda vuruşmağın məntiqi əsası yoxdur" Deputat

Siyasət 23:08 23.07.2019

"Məni bu statusu yazmağa şərtləndirən bir gün intervalla eyni məzmunda yazılmış iki müraciət məcbur etdi. Şərti olaraq “Analar fəryadı” adlandırsaq hesab edirəm ki, vəziyyətin nə dərəcədə ağrılı olduğunu təsəvvür etmək olar".

Eurasia Diary xəbər verir ki, bunu özünün Feysbuk hesabında Milli Məclisin deputatı Nəsib Məhəməliyev yazıb.

Deputat qeyd edib ki, 2011-ci ildən başlayaraq Yaxın Şərq regionunda baş verən hadisələrlə bağlı Suriyada döyüşmək üçün 900-ə yaxın Azərbaycan vətəndaşı qeyri-qanuni yollarla vətəni tərk edib.

"Bu insanlar konkret olaraq vətənimiz üçün heç bir siyasi, iqtisadi, dini ideyalara söykənməyən və yaxud dövlət təhlükəsizliyimizə bağlı, əsası olmayan, supergüclərin maraqlarının toqquşduğu müharibədə özləri belə anlamadan bir alətə çevrilmişlər. Bir çoxları həlak olmuş, əsir düşmüş, ən acınacaqlısı isə odur ki, özləri ilə həyat yoldaşlarını və azyaşlı uşaqlarını da aparmışlar. Ailə başçısını itirdikdən sonra cahil radikal islamçıların düşərgələrində bədbəxt qadınların və uşaqların cəhənnəm həyatını illər keçdikcə onların aldığı təlim, tərbiyə, mənimsədiyi dəyərlər normal cəmiyyət üçün nə qədər münasib olduğunu təsəvvür belə etmək çətindir. Mənə elə gəlir ki, bu barədə dərindən düşünmək lazımdır. Yuxarıda qeyd etdiyim müraciətlərin də mövzusu bu məsələlərə aiddir. Ailə başçıları həyat yoldaşlarını aldadaraq Suriyaya aparmış, özləri həlak olmuş, ailələri başlı başına müxtəlif düşərgələrdə imdad diləyir, vətənə qayıtmaq istəyirlər. Bəzilərinin orada dünyaya gələn övladları belə tələf olmuşdur. Bu nəticədir. Gələcəkdə belə halların baş verməməsi üçün səbəbləri araşdırmaq lazımdır. Səbəblər isə 90-cı illərin əvvəllərinə gedib çıxır".

N.Məhəməliyev bildirib ki, SSRİ dağıldıqdan sonra, hələ dövlətçilik ənənələri formalaşmamış keçmiş müttəfiq respublikalarda bütün sahələrdə olduğu kimi ideoloji bir boşluq yaranmışdı. Onun sözlərinə görə, 70 il ərzində kommunistlərin ateist siyasəti iflasa uğramış, xalqların öz milli, dini köklərinə qayıdışı prosesi başlamışdı.

"Belə bir boşluqlardan istifadə edən çoxsaylı, müxtəlif dini konfessiyalara mənsub olan missionerlər çox məharətlə istifadə etməyə başladılar. Biz o zamanlar Bakı şəhərində, respublikanın bir çox rayonlarında, o cümlədən yaşadığım Balakən rayonunda Ərəb ölkələrindən gəlmiş, uzun saqqallı, bizim üçün qeyri-adi geyim tərzlərində olar “din təbliğatçılarına” tez-tez rast gəlirdik. Onlar əsasən gəncləri, uşaqları müxtəlif məscidlərdə, hücrələrdə və evlərdə toplayaraq dini təbliğat aparır, onlara Qurani-Kərimdən dərs keçirdilər.

Eyni zamanda yerli dini adət-ənənələrin əsl islam dininə uyğun olmadığı barədə təbliğat aparır və etiraf etmək lazımdır ki, heç bir dini savadı, təhsili olmayan bəzi gəncləri buna inandıra bilmişdilər. Balakən şəhər Cümə məscidinin dini icması üç qrupa parçalanmışdı. Həmin qruplar nəinki bir-birini qəbul etmir, hətta düşmənçilik münasibəti bəsləyirdilər. Əhali arasında daha çox populyar olan cümə namazları qılınarkən bir qrup digər qrupun imamlığını qəbul etmir və nə qədər paradoksal olsa da bir məscidin daxilində eyni namaz üçün üç ayrı-ayrı şəxs imamlıq edirdi. Beləliklə, çox sürətlə beyinlərin yuyulması prosesi gedirdi", - deyə deputat bildirib.

Məhəməliyev qeyd edib ki, 2000-ci illərin əvvəllərində rayonda dini seporatizmin, vəhabiliyin qarşısının alınmasında çox mühüm işlər görülüb:

"Yeni dini icma formalaşdırıldı, maariflənmə işləri aparıldı, elmi konfranslar keçirildi, tədbirlər planı hazırlandı və demək olar ki, bu sahədə çox böyük nailiyyətlər əldə olundu. Sonralar, bir çox müsəlman ölkələrində, əsasən Əfqanıstanda, İraqda, Suriyada, Liviyada, Misirdə, Yəməndə, eyni zamanda qonşu Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarında baş verən müharibələrin, dağıdıcı proseslərin nəticəsini, bütöv xalqların hansı faciələrə düçar olduqlarının şahidi olduq. Bütün bunların kökündə əsl islama zidd olan, islam düşmənlərinin yaratdığı vəhabilik və bir çox digər bölücü təriqətçilik dayanır. Demək olar ki, bütün bu dini təşkilarlar din pərdəsi altında insanları cəhalətə, mövhumata, xürafata, əxlaqsızlığa sürükləyir, dini siyasi alver predmetinə çevirirdilər".

Deputat geniş kütləyə məlum olmayan çox önəmli bir tarixi faktı diqqətə çatdırıb.

"2001-ci ildə ümummilli lider Heydər Əliyevin yanında dini separatizm və digər məsələlərlə bağlı müşavirə keçirilirdi. Müvafiq strukturların rəhbərlərinin məruzəsindən sonra məlum oldu ki, Respublika ərazisində, müxtəlif çadır düşərgələrində xeyriyyə fondları adı altında çoxsaylı xarici vətəndaşlar dini missionerlik fəaliyyəti ilə məşğuldurlar. Ulu öndər çox böyük uzaqgörənliklə, (baxmayaraq ki, o zaman iqtisadiyyatımız kifayət qədər inkişaf etməmişdi, xeyli maliyyə problemləri var idi) qərara aldı ki, hər hansı ziyanlı dini fəaliyyətlə məşğul olan bütün təşkilatların fəaliyyəti dayandırılsın və qaçqınların, məcburi köçkünlərin təminatı tamamilə Azərbaycan dövləti tərəfindən qarşılansın. Bu qərara əsasən 100-dən yuxarı təşkilatın qanunsuz fəaliyyətinə son qoyuldu. Zaman bu qərarın Azərbaycan üçün nə qədər doğru olduğunu sübut etdi.

Müqayisə üçün yuxarıda sadaladığım ölkələrdəki proseslərə bir daha nəzər salmaq yerinə düşər. Bircə dənə normal nümunə göstərmək mümkün deyil ki, bu ölkələrdə vəhabiliyin və digər dini təriqətlərin fəaliyyəti nəticəsində insanlar normal yaşayır, təhsil alır, xoşbəxtdirlər. Mümkün deyil Allaha, peyğəmbərə inam, məhəbbət hər bir insanın qəlbində olmalıdır. Bunu göstəriş və yaxud başqalarını öz təsiri altında saxlamaq, siyasi və digər maraqlarını təmin etmək xatirinə olmamalı, şəxsi nümunə ilə sivil, mədəni, ən yüksək əxlaqi keyfiyyətləri özündə əks etdirən həyat qurmalıyıq. Baş kəsmək, adam öldürmək, azyaşlı qız uşaqlarını zorla ərə vermək, ictimai həyatda özünü təsdiq edə bilməyərək evdə, ailədə, hegemonluq etmək islam əxlaqına zidd şeylərdir. Sağlam dini təbliğ hər bir cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edir. Digər inkişaf etmiş xalqların timsalında yaxşı nümunələr göstərmək olar. Əgər cəmiyyətdə dinin əhəmiyyəti, rolu barədə doğru-düzgün təbliğat aparılsa, inanıram ki, insanlarımız din dəllallarının təsiri altına düşməz, başqa ölkələrə vuruşmağa getməzlər. Nə qədər acınacaqlı olsa da Suriyada müxtəlif silahlı qrupların tərkibində bizim həmvətənlərimiz əks cəbhələrdə bir birlərinə qarşı vuruşmuşlar. Bax bu əsl faciədir. Doğma torpaqlarımız düşmən işğalında olarkən, yad torpaqlar uğrunda vuruşmağın heç bir məntiqi əsası yoxdur. Bunun adı cinayət, terrorçuluğu dəstəkləməkdir. Hər bir valideyn bu haqda düşünməli, övladlarının tərbiyəsi ilə gündəlik və ciddi şəkildə məşğul olmalıdır. Çünki sonrakı peşmançılıq fayda verməz", - deyə N.Məhəməliyev bildirib.

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Hamısı