ABŞ prezidentliyinə namizəd qondarma "erməni soyqırımı"nı tanıyacağını açıqladı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ prezidentliyinə namizəd qondarma "erməni soyqırımı"nı tanıyacağını açıqladı

Siyasət A- A A+

ABŞ prezidentliyinə namizəd senator Berni Sanders qondarma "erməni soyqırımı"nı tanıyacağını bəyan edib.

Eurasia Diary-nin "Massis Post”a istinadən verdiyi xəbərə görə, bu barədə B. Sanders Los Ancelesdə media nümayəndələri ilə görüş zamanı bildirib.

O qeyd edib ki, prezident seçiləcəyi təqdirdə 1915-ci ildə baş verən hadisələrlə bağlı “soyqırımı” ifadəsini istifadə edəcək.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd B. Sanders senatorlar Bob Menendez və Ted Kruz tərəfindən irəli sürülən qondarma "erməni soyqırımı” qətnaməsini dəstəkləyənlərdən biridir.

Berni Sanders Demokratlar Partiyasının üzvüdür. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...