"Paşinyan İlham Əliyevin yerişini yeriməyə çalışır, ancaq..." Deputat

Siyasət 15:04 05.08.2019

“Nikol Paşınyan hakimiyyətə küçədən gəlib. Küçə mitinqlərində onu dəstəkləyən xarici və daxili qüvvələr, əsasən də, xarici qüvvələr müstəqil, gənc dövlərlərin içərisində hər zaman qarışıqlıq yaratmaq istəyirlər. Sözsüz ki, Nikol Paşınyanın da küçədən hakimiyyətə, ölkəyə rəhbər gəlməsi üçün çox vədləri, öhdəlikləri var. Yəni boş-boş sözlər veribdir”.

Bunu Eurasia Diary-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ermənistanın baş naziri Nikol Paşinyanın pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə münasibət bildirərkən deyib.

Xanım deputat qeyd edib ki, Paşinyanı elə-belə hakimiyyətə gətirməyiblər:

“Müəyyən öhdəlikləri var ki, həyata keçirməlidir. Paşinyan hakimiyyətə  gələndən verdikləri vədləri yerinə yetirə bilmir. Bunu hakimiyyətə gətirən xüsusi qüvvələr də tələb edir ki, "hardasa 2 il olacaq, amma sən hələ verdiyin vədlərin, öhdəliklərin heç birini həyata keçirməmisən". Ona görə də, müxtəlif imitasiyalarla həmin qüvvələrin başını aldatmaq istəyir. Bu cür oyunlarla demokratik imic qazanmaq istəyir. Paşinyana təkcə küçədən hakimiyyətə gətirən qüvvələr deyil, eyni zamanda, ölkə daxilində müəyyən ermənilər də ona səs, dəstək veriblər. Paşinyan küçələrdə, mitinqlərdə “sosial problemlərinizi, güzaranınızı  həll edəcəm", Ermənistanda olan anaların övladlarını işğal etdikləri qonşu ölkənin ərazisində qurban verməyəcəm deyə vədlər verib. Çünki bütün dünya bilir, beynəlxalq hüquq da bilir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və Ermənistan vətəndaşı bizim torpaqlarımızda ölür, qurban olur. Nəticədə də erməni anaları heç nə qazanmırlar. Çünki erməni anaları, qadınları tələb edir ki, bizim uşaqlarımızın Azərbaycan torpaqlarında nə işi var idi? Yəni Paşinyanın məqsədi odur ki, daxili auditoriyanın fikirini yayındırsın. Ermənistan büdcəsi boşdur. Ermənistan büdcəsi beynəlxalq fondların, Rusiya kimi dövlərlərin, Fransa kimi dövlətlərin dəstəyi hesabına dolur. Bizdə bir misal var: “Quyuya su tökməklə quyu dolmaz”. Ermənistan əhalisi də görür ki, iki ildir, bunların vəziyyətində heç bir dəyişiklik yoxdur”.

Məlahət İbrahimqızı həmçinin hesab edir ki, Paşinyan Xankəndidə keçiriləcək oyunlarla bir növ Azərbaycanı təkrarlamaq istəyir. “Azərbaycanda neçə illərdir ki, çox yüksək səviyyəli beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz beynəlxalq idman oyunları, humanitar forumlar, beynəlxalq tədbirlərlə dünyaya səs salıb. Çox güman ki, Paşinyan bizim Prezidentimizin yerişini yeriməyə çalışır. Ancaq başa düşmür ki, o yerişi heç vaxt yeriyə bilməz. Ona görə də, onun Xankəndidə atdığı bu addım xalqına verdiyi vədlərdən, öhdəliklərdən qaçmaq üçün onların başını qatmaq, vaxtı uzatmaq üçün bir imitasiyadır”, - deyə deputat bildirib.

Vəfa VƏLİYEVA

 

 

 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Hamısı