Əsgərləri yerə uzadıb üstündə addımlayır Bu mayor Qarabağda ən qəddar zabit şöhrətinə malikdir

Siyasət 15:59 07.08.2019
İşğal altında olan Qarabağın Ağdərə yaşayış məntəqəsinə aid edilən müdafiə rayonunun Madagizdəki hərbi hissəsində cinayət zolağı formalaşdırılıb.

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistan ordusunda qulluq edən zabitlərin bir hissəsinə qarşı cinayət işlərinin istintaqı aparılır, bir hissəsi isə müxtəlif cinayətlərə görə məhkum ediliblər. 

Məlumata görə, buna baxmayaraq, onlar işdən azad edilməyib və xidməti vəzifə borclarının icrasına davam edirlər. Əsgərlərə qarşı zorakılıq etmə bu vəzifə borclarının tərkib hissəsidir. Müddətli xidmət erməni hərbi qulluqçularına işgəncə verir və onlara qarşı sadist cəzalar tətbiq edirlər. 

“Bütün bu əməllərə Madagiz yaşayış məntəqəsində dislokasiya olunan 10-cu dağ atıcı diviziyanın 6-ci müdafiə rayonu hesab edilən, şərti adı “Satana” olan 33651 nömrəli hərbi hissə komandiri polkovnik Armen Qyozalyan rəhbərlik edir. Motoatıcı taborun Qərargah rəisi, komandir müavini, onun sağ qolu hesab edilən, mayor Artur Fahradyan ən qəddar zabit şöhrətinə malikdir. O, əslən Ermənistanın Armavir vilayətindəndir. Qarabağda məskunlaşıb, subaydır. 31 yaşında olan mayor artıq 2 dəfə məhkəmə qarşısına çıxıb. Lakin 3-cü qarnizonun hərbi prokurorluğu, Sünik məhkəməsinin hakimləri Qnel Qasparyan və Davit Sarkisyan məlum cinayətkara qarşı mülayimlik nümayiş etdiriblər. 

2018-ci il yanvarın 12-də gecə vaxtı mayor Fahradyan əsgərləri yerə uzandıraraq, onların üzərində addımlayıb. Bununla da “Yat” komandasından sonra yataqxanada çörək yediklərinə görə onları bu yolla cəzalandırıb. Onları cəzalandıraraq, mayor Fahradyan 3 nəfər kiçik çavuşu Mxitar Sarkisyan, Sergey Qriqoryan və Narek Poğosyanı döyüb. O, çavuşları döyməklə kifayətlənməyib, səhər tezdən saat 07:30 radələrində Narek Poğosyanı və əsgərlər olan, maddi təminat taqımının avtomobil manqasının sürücüsü Şahen Poğosyanı, tibb məntəqəsinin sürücü-sanitarı Tevan Hambartsumyanı, Baş atıcı zenitçi Tiqran Mxitaryanı, kəşfiyyatçı snayper Davit Çatyanı və qumbaraatan taqımın sürücüsü Xoren Qabrielyanı taborun binası qarşısında saxlayıb. Plastmas su qabla kiçik çavuş Poğosyana bir neçə zərbə endirməklə, bədən xəsarətləri yetirib. Digərlərinə “uzan-qalx” komandaları verməklə, həmin vaxt ərzində onların üzərindən addımlayaraq bədən xəsarətləri yetirib”, - deyə erməni KİV-ləri yazır. 

Məlumata görə, 2018-ci il avqustun 22-də Fahradyan haqqında imza qarşılığında yaşayış yerini tərk etməmə qərarı verilib. Ermənistan hərbi prokurorluğu təqribən 6 ay davam edən ilkin araşdırma ərzində, hətta mayoru təcrid belə etməyib. Qəddar mayora qarşı bu mülayim qərarı 3-cu qarnizon hərbi prokurorunun müavini Boris Baxşyan tətbiq edib. May ayında həmin Baxşyan hakim olub. Fahradyana Ermənistan CM-nin 2 maddəsi üzrə ittiham irəli sürülüb.
 
Fevral ayında Gorus məhkəməsinin hakimi Davit Sarkisyan bu cinayət işinin istintaqını tezləşdirilmiş şəkildə başa vurub. Cəmi bir məhkəmə iclası təyin edən hakim elə həmin gün 2019-cu il fevralın 19-da hökm haqqında qərar verib. Verilən hökmlə 4 il müddətinə azadlıdan məhrum edilən mayora qarşı hərbi hissə komandirinin verdiyi xasiyyətnamə və xidmətləri nəzərə alınaraq, cəzanın sınaq müddəti ilə şərti çəkilməsinə dair yekun qərar qəbul edilib. 

Vurğulanır ki, “cəsarətli” mayor cəmi bir neçə ay sakit dura bilib. Məhkəmə tərəfindən təyin edilən sınaq müddətini pozmaqla yenidən cari il ərzində əsgər döyüb. Bildirilir ki, motoatıcı taborun Qərargah rəisi, komandir müavini, mayor Fahradyana qarşı tabeliyindəki hərbi qulluqçu, əsgər B.Hovhanisyanı döyməklə bədən xəsarətləri yetirdiyinə görə ittiham irəli sürülüb. İş üzrə bir məhkəmə iclası keçirilib. İkinci məhkəmə iclası avqustun 28-də təyin edilib. Yenə məhkəmə onu təcrid etməyib. Komandir Armen Qyozalyan isə sağ əli olan Fahradyanı əsgərlərlə “iş sahəsi”ndən uzaqlaşdırmağa tələsmir. 

Erməni KİV-lərinə görə, Tonoyan əgər Fahradyanı dəstəkləməsəydi, o, özünü belə apara bilməzdi.

“Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə sorğuya cavab olaraq qeyd edib ki, əsgərləri döyməsinə görə şərti cəza alan şəxsi çıxarıb-çıxarmamaq barədə Qyozalyan qərar vermir. 

“Ən azı bu o demkdir ki, əsgərləri döyüb, qıranlar Müdafiə Nazirliyinin və komandanlığın xüsusi himayəsi altındadırlar və hər hansı səbəblərə görə adları qeyd edilənlər tərəfindən həvəsləndirilirlər.

Bu gün cinayətkar olan mayor, özünü prokurorluq, məhkəmələr, öz komandiri polkovnik Armen Qyozalyan, Müdafiə naziri Davit Tonoyan tərəfindən tam müdafiə edilən hiss edir. Madagizdəki hərbi hissədə isə cinayət hadisələri davam edir”, - deyə erməni KİV-ləri yazır.
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
19:21 29.03.2024
Stressdən necə azad olaq? - ARAŞDIRMA
19:00 29.03.2024
“Qəbələ” “Neftçi” ilə oyuna itkilərlə ÇIXACAQ
18:38 29.03.2024
Bolqarıstan Prezidenti İlham Əliyevə zəng edib
18:33 29.03.2024
Ötən il atmosferə atılan çirkləndirici maddələrin həcmi 34 min tondan çox artıb
18:19 29.03.2024
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
18:08 29.03.2024
Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib - VİDEO
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Hamısı