Azərbaycan və İran prezidentləri Soçidə görüşəcək | Eurasia Diary - ednews.net

18 Avqust,


Azərbaycan və İran prezidentləri Soçidə görüşəcək

Siyasət A- A A+

İran Prezidenti Həsən Ruhani Soçidə Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində hər iki ölkədən olan həmkarı ilə təkbətək görüş keçirəcək.

Eurasia Diary "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili bildirib.

P.İsmaili qeyd edib ki, H.Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərlə əlaqədar məsələləri müzakirə edəcək. Eyni zamanda Soçi sammitində birgə bəyanat qəbul ediləcək.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...