Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb - VİDEO | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin finalına bir pillə də yaxınlaşıb - VİDEO

Siyasət A- A A+

Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.

Eurasia Diary xəbər verir ki, Birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub.

Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...