Paşinyanın meydana atdığı təxribatçı bəyanatlar Ermənistanı hara aparır? - Karapetyan narahatdır | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Paşinyanın meydana atdığı təxribatçı bəyanatlar Ermənistanı hara aparır? - Karapetyan narahatdır

Siyasət A- A A+
Bizə və şəxsən Baş nazir Paşinyana “birləşmə” tezisinin gündəmə qaytarlması nə verdi, bu əsassız populizmin partlaması, yoxsa hesablanmış proqramın bir hissəsi idi? İndiki məqamda, bunun yalnız daxili auditoriya üçün hesablanmış və daxili problemləri həll etmə bucağından nəzərdən keçirilməli olduğu iddia edilə bilər”.
 
Eurasia Diary Ordu.az-a istinadan xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sabiq deputatı, xarici əlaqələr daimi komissiyasının üzvü Naira Karapetyan deyib.
 
Onun sözlərinə görə, avqust ayının 5-də Xankəndindəki meydanda Ermənistan Baş naziri Nikol Paşinyan “birləşmə” və “Qarabağ Ermənistandır, Vəssalam” bəyanatlarının münaqişənin həlli üzə danışıqlara necə təsir göstərə biləcəyi sual altındadır. 
 
“Bu şüarlar altında münaqişənin həllini arzu etməyən hər hansı bir erməni tapıla bilməz. Bu, bir millət iki dövlət formatının məntiqi davamıdır. Lakin diplomatik yol uzundur, yalnız ardıcıl iş uğur gətirir. Qarabağın (qondarma qurum-red.) “müstəqilliyi” müstəqil dövlət olma istəyi ilə ifadə olunub. Bütün bu uzun illər boyu danışıqlar prosesi bu işıq altında aparılıb. Bu, Qarabağ əhalisi tərəfindən seçilmədiyinə görə, Qarabağı təmsil edə bilməz və Qarabağ danışıqlar masasına qayıtmalıdır, ifadəsi ilə Paşinyan tərəfindən də qəbul edilib. Paşinyanın bu iki bəyanatı Xankəndindəki bəyanatı ilə ziddiyyət təşkil edir. Buna görə də, danışıqlar prosesi çox baş ağrısı olacaq. İlk növbədə belə bir məqamda Qarabağın danışıqlar masasına qayıtması qeyri-mümkündür. 
 
Bizə və şəxsən Baş nazir Paşinyana “birləşmə” tezisinin gündəmə qaytarılması nə verdi, bu əsassız populizmin partlaması, yoxsa hesablanmış proqramın bir hissəsi idi? İndiki məqamda, bunun yalnız daxili auditoriya üçün hesablanmış və daxili problemləri həll etmə bucağından nəzərdən keçirilməli olduğu iddia edə bilər. Bu məsələdən, yumşaq desək, xarici siyasət hər hansı fayda əldə etməyib”, - deyə Karapetyan bildirib. 
 
Azərbaycanın buna reaksiyası gecikmədi və Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəisi Hikmət Hacıyev, Ermənistan Baş nazirinin bəyanatını təxribat kimi qiymətləndirərək, deyib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, qoy heç kim buna şübhə etməsin. Bunun nəticələrinə görə məsuliyyət erməni tərəfinin üzərinə düşür”. 
 
Bu bəyanatdan sonra hansı inkişaf proseslərinin baş verə biləcəyinə dair Karapetyan öz düşüncələrini ifadə edərkən qeyd edib ki, bu cür reaksiya veriləcəyi gözlənilən idi: “Niyə bu məqam nəzərə alınmayıb, yalnız Baş nazirin məsələni Xarici İşlər Nazirliyi ilə müzakirə etmədiyini ehtimal etmək qalır. Azərbaycan XİN-in və Hikmət Hacıyevin bəyanatları məntiqəuyğundur. Ermənistanın demonetasiyasını daxili auditoriyadan beynəlxalq platformaya keçirmək üçün Azərbaycanın belə bir mövzuya zərurəti vardı”. 
 
Ermənistan parlamentinin sabiq deputatı Karapetyan, Hikmət Hacıyevin bəyanatının ciddiliyini nəzərə alaraq, bunun verə biləcəyi nəticələri açıqlamamağa üstünlük verib.
 
“Azərbaycan bunu hələ çox uzun zaman müxtəlif platformalarda səsləndirəcək. Erməni diplomatiyası bunun nəticələrini silmək və neytrallaşdırmaq üçün çox səy göstərməli olacaq. Ermənistan Xarici İşlər Nazirliyinin reaksiyasının layiqli olub-olmadığına gəldikdə isə, qısa desək Ermənistan Xarici İşlər Nazirliyi diplomatik söz ehtiyatına və etika qaydalarına əməl edərək, hələ ilkin addımı atıb. Lakin erməni tərəfinin bəyanatında Ermənistan-Qarabağ-Azərbaycan xalqlarına məqbul olan variantın axtarılması tezisi vurğulanması narahatlıq yaradır. Bu fikri ilk dəfə Paşinyan ifadə edib, daha sonra müsahibələrində təkrarlayıb, indi isə Xarici İşlər Nazirliyi bunu ifadə edir. Erməni xalqının bir hissəsinin ayrı göstərilməsi məni narahat edir. Eyni zamanda ehtimal edilən müharibə zamanı Naxçıvan istiqamətində daha bir cəbhə açma ehtimalı ilə son atışmaları xatırlamaq lazımdır. Azərbaycanın güzəştlərə gedə biləcəyini, təsəvvür etmirəm. Ermənistanın balanslaşdırılmış siyasət aparmalı və axsamağa haqqı yoxdur... Erməni tərəfinin bu bəyanatındakı “bütün tərəflər” kəlməsi düzgün ifadə edilməyib. Bu kəlmə Ermənistanı münaqişə tərəfinə çevirir. O, qeyd edir ki, BMT-nin müvafiq sənədində Ermənistan münaqişə tərəfi kimi yox, zəmanətçi kimi qeyd edilir. Azərbaycan Ermənistanı tam münaqişə tərəfi kimi nəzərdən keçirməklə, münaqişənin əsas mahiyyətini dəyişməyə nail olmaqla, münaqişəni xalqların öz müqəddəratını təyinetmə hüququna yox, ərazi iddiasına çevirə biləcəyindən narahatam. Ona görə də siyasətdə diqqətli olmağı tövsiyyə edirəm”, - deyə sabiq erməni deputat sözlərinə yekun vurub.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...