Erməni uşaqları orta məktəblərdə işğala necə hazırlanır? - İşğal xəritəsi | Eurasia Diary - ednews.net

18 Avqust,


Erməni uşaqları orta məktəblərdə işğala necə hazırlanır? - İşğal xəritəsi

Siyasət A- A A+

Ermənistanda əsasən orta məktəblər üçün nəzərdə tutulan və yeni hazırlanan “Böyük Ermənistan” xəritələri ictimaiyyətə təqdim edilib.

Tarixi Azərbaycan torpaqları üzərində bərqərar olan Ermənistanla yanaşı, Qarabağı da erməni torpağı kimi göstərən xəritədə maraqlı digər nüanslar da mövcuddur. Bu nüanslardan biri isə Azərbaycan və Türkiyənin bəzi torpaqlarının da Ermənistan ərazisi kimi təqdim edilməsidir. Belə ki, Naxçıvanla yanaşı, Türkiyənin Van, Ərzurum və s. bölgələri də tarixi erməni torpaqları kimi əks olunub. Xəritədə “Böyük Ermənistan”ın Qara dəniz sahillərinə qədər gedib çıxdığı aydın görünür.

Erməni ideoloqları hesab edir ki, bu xəritələr erməni gənclərinin qarşıdakı fəaliyyəti üçün mayak rolunu oynamalı, onlara gələcək işğallarda yol göstərməlidir. Başqa sözlə desək, xəritə erməni şagirdlərinin ideoloji baxımdan silahlandırılmasını və gələcək işğallara məqsədyönlü şəkildə hazırlanmasını nəzərdə tutur. (moderator.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...