"Pan-erməni" oyunlarından imtina edən Türkiyə ermənisi: - "Mənim Qarabağda nə işim var?" - VİDEO | Eurasia Diary - ednews.net

22 Avqust, Cümə axşamı


"Pan-erməni" oyunlarından imtina edən Türkiyə ermənisi: - "Mənim Qarabağda nə işim var?" - VİDEO

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi, ermənilərin Azərbaycanın işğal altındakı Xankəndi şəhərində keçirdikləri "Pan-erməni oyunları 2019" olimpiadasına Türkiyədəki ermənilər qatılmaqdan imtina ediblər. 

Eurasia Diary xəbər verir ki, "Pan Armenia Games"-in İstanbul başqanı Haygaram Karasu Türkiyənin "Haber Global" telekanalına müsahibəsində oyunlara qatılmama səbəblərini açıqlayıb:

"Dedilər ki, oyunlar Qarabağda olacaq. Bu eşidəndə çaxnaşmaya düşdük. Mən bilirəm ki, Türkiyə Cümhuriyyəti vətəndaşıyam, Qarabağda mənim nə işim var? Olimpiadanın başqanına dedim ki, bu bizə uyğun deyil. Ona görə də bizim o oyunlara qatrılmağımız mümkün deyil. Mənə dedi ki, "uşaqlar, belə etməyin, bu iş sizsiz olmaz". Dedik ki, yox, biz daha öncə də sizə bildirdik ki, biz Türkiyə vətəndaşıyıq və Azərbaycanla problem olan yerdə bir idman müsabiqəsinin keçirilməsi bizə uyğun gəlmir. Niyə orda keçirilir ki?".

H.Karasu Qarabağa getməmələri üçün dövlətin hansısa qurumundan təlimat almadıqlarını da deyib:

"Hər kəs bizə sual verir ki, sizə kimsə deyib ki, getməyin. Bizə nə vali, nə də kimsə belə bir söz demətib. Niyə desinlər ki? Bu bizim öz qərarımızdır".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...