Erməni nazir Paşinyanın Xankəndidəki bəyanatını təsdiqlədi - “Qarabağ Ermənistandır və nöqtə" | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Erməni nazir Paşinyanın Xankəndidəki bəyanatını təsdiqlədi - “Qarabağ Ermənistandır və nöqtə"

Siyasət A- A A+
Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə birgə mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır, və nöqtə" sözlərinə əlavə edəcək bir sözü olmadığını bildirib.
 
Eurasia Diary-nin məlumatına görə, "Sputnik Ermənistan" xəbər verir ki, avqustun 5-də Xankəndində nitq söyləyən Paşinyan bir sıra müraciətlər və bəyanatlar səsləndirdi. O, xüsusilə, "Qarabağ Ermənistandır, və nöqtə" ifadəsini dəfələrlə təkrar etmişdir.
 
"Baş nazir hər şeyi Ermənistanın mövqeyini açıq şəkildə ifadə edib, əlavə ediləsi bir şey yoxdur. Hər şey Stepanakertdə deyildi. Xarici İşlər Nazirliyi də bəyanatında Xankəndidə deyilənləri təsdiqləyib və onları yenidən səsləndirməyə ehtiyac yoxdur", - Mnatsakanyan deyib.(haqqin.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...