Azərbaycan tankçılarından uğurlu çıxış - erməniləri geridə qoydular | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Azərbaycan tankçılarından uğurlu çıxış - erməniləri geridə qoydular

Siyasət A- A A+

Moskva vilayətinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən tank biatlonu müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb.

Birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər. Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub. Ermənistan isə finala çıxmağı bacarmayıb.

Eurasia Diary xəbər verir ki, bununla bağlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyyatda olan polkovniki Şair Ramaldanov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin mütəxəssisləri hər hansı bir yarışda iştirak edirsə onlar həmişə birincilər sırasındadır.

"Qazaxıstanda da Azərbaycan ilk beşlikdə özünəməxsus yer tutmuşdu. Bundan əvvəl də Azərbaycanın xüsusi təyinatlıları Türkiyədə 28 ölkə içində birinci yer qazanıb. İndi də tank biatlonu deyilən yarışlarda Azərbaycan artıq finala vəsiqə qazanıb. Burda təəccüblü bir şey yoxdur. Bu bizim hazırlğımızın nümuməsidir. Bilirsiniz ki, Azərbaycan ordusu peşəkarlığa doğru gedir. Yəni burda 70%-dən çox mütəxəssis müqavilə əsasında xidmət edənlərdir. Onların da seçiminə və hazırlığına çox ciddi yanaşılıb. Sonra da döyüş hazırlığı zamanı peşəkarlığın artırılması ilə məşğuldurlar. Və bu peşəkarlığın artırılmasının nəticəsi olaraq həmin bu yarışlarda digər dövlətlərin silahlı qüvvələri ilə özümüzü sınayıb görürük ki, sınaqdan çox yaxşı çıxırıq, müvəffəqiyyətlər qazanırıq”.

Şair Ramaldanov qeyd edib ki,bu kimi yarışlarda Azərbaycanın birncilik qazanması, fərqlənməsi onun nüfuzunu artırır.

"Bizim bu yarışda finala yaxınlaşmağımız həm beynəlxaq ictimaiyyətdə, beynəlxalq səviyyədə, həm də bizim bədxah qonşularımıza göstərir ki, Azərbaycan hansı mütəxəssislərlə təmin olunub. Yəni ancaq silah, sursat, pul gücünə, ən müasir texnika alması ilə yox, həmin o texnikanı intelektual cəhətdən inkişaf etmiş mütəxəssislər tərəfindən idarə olunması Azərbaycan üçün əhəmiyyətlidir.Nəinki idarə olunması, hətta digər dövlətlərin silahlı qüvvələri ilə belə yarışa biləcək qabiliyyətə malik olması ölkəmiz üçün böyük əhəmiyət daşıyır. Yarışlarda Azərbaycan 50 ən güclü silahlı qüvvələrə malik dövlətlər içində öz məharətini daim layiqincə göstərir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...