“Ermənilərin törətdikləri təxribatlar nəticəsində Azərbaycan Respublikasının Sərhəd Qoşunları, eyni zamanda, Müdafiə Nazirliyinin hərbi hissələri ermənilərə başa salırlar ki, bu təxribatdan, bu axmaqlıqdan əl çəkin”.
Bunu Eurasia Diary-ə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan sərhədçilərinin Qazax rayonunda mövqelərimizi irəli çəkməsinə münasibət bildirərkən deyib:
“Ermənilər bizim gücümüzün qarşısında bu gün tülküdən də balacadır, quyruq bulayır, su murdarlayır. Başa düşməlidirlər, bilməlidirlər ki, bu gün Azərbaycanın gücü qarşısında onlar könüllü olaraq Azərbaycan torpaqlarından çəkilib getməlidirlər. Əgər belə olmasa, Azərbaycan hərbi gücünü yaxın vaxtlarda tədbiq edib, sizi məhv edib, darmadağın edib bu torpaqlardan çıxardacaqdır. Bu da sizin o, qotur donuz otaran başçınız Paşinyanın “Qarabağ Ermənistandır” dediyi sözə cavabdır. Onda biz onu başa salacağıq ki, indi yaşadığınız Ermənistan deyilən dövlətin yerləşdiyi, yaradıldığı torpaqlar da Azərbaycan torpaqlarıdır. Biz zəif olan vaxt fürsətdən istifadə edib, havadarlarınızın köməyi ilə bizim torpaqlarımızı işğal etdiniz. Bu gün də biz güclüyük və bizim qarşımızda həddindən artıq acizsiniz, heçliksiniz, özü də pis bir heçlik. Ona görə BMT-nın məlum 4 qətnaməsinə əməl edib, konstruktiv danışıqlara gəlib çəkilib getməlisiniz. Əks təqdirdə, Azərbaycan ordusu sizi məhv edib, bu torpaqlardan çıxardacaqdır. Və qeyd etmək istəyərdim ki, bunlar artıq qanmalıdır, başa düşməlidir ki, bir dövlət kimi, bir millət kimi mövcud olub, normal yaşamaları üçün yeganə çıxış yolu, qonşu dövlətlərlə, xüsusən də, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətində olmalarıdır. Belə olmasa, bunlar bir dövlət kimi bu regiondan sıxışdırılıb, süpürülüb aradan çıxmaq təhlükəsi qarşısında qalacaqlar. Mənə belə gəlir ki, bunlar bu cür fikirləşməlidirlər. Yoxsa onun bostanına daş at, bunun bostanına daş at, işğalçılıq siyasətindən əl çəkmə, ağlına gələn bəyanatları ver, terrorçuluqla məşğul ol, bunun axırı gətirib özünü məhvə çıxardacaq. Hesab edirəm ki, bunların hamısı axmaq deyil, içərisində normal düşüncəli adamlar da var. Və o normal düşüncəli adamlar Paşinyan kimi axmaqları başa salmalıdır ki, başından yekə qələtlər eləmə. Əks təqdirdə sən məhv olacaqsan, sənin siyasi və fiziki sonun gəlib çatacaq”.
Elman Məmmədov erməni hərbi qulluqçusunun cəbhənin Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq, Azərbaycan əsgərlərinə təslim olmasına da münasibət bildirdi.
“Mən o hərbiçinin vəziyyətini, onun bədəninin müxtəlif yerlərində olan xəsarətləri izlədim. Bu ondan xəbər verir ki, uzun illərdir Ermənistan ordusunda bir sadizm hökm sürür, Ermənistan ordusunda cinayətkarlıq, kriminal qurumların, muzdlu qatillərin mövcudluğu hökm sürür. Eyni zamanda, ermənistanlı siyasətçilər arasında olan gərginlik orduda da, öz əksini tapır. Orda da həmin məsələ çox ciddi şəkildə özünü biruzə verir. Və o əsgərlər təminatsız, yəni ciddi təminatı olmayan bir qurum kimi xidmət yerlərində müxtəlif əzab-əziyyətə düçar olmaqla bərabər, eyni zamanda, əsgər yoldaşları da zabitlər tərəfindən hər zaman döyülməyə, alçaldılmağa, təhqir olunmağa, işgəncələrə məruz qalırlar. Bu gün Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir. Yəni bizim aramızda ermənilərin işğalçılığına görə düşmənçilik mövcuddur. Əgər o əsgər ağ bayraq qaldırıb, düşmən sayılan tərəfə pənah gətirirsə, bizi ümid yeri bilirsə, indi görün o orduda nələr baş verir ki, əsgər canını götürüb öz əsgərlik xidməti olan yerindən qaçıb qarşı tərəfə, Azərbaycan tərəfə pənah gətirir. Və bu onu bir daha göstərir ki, bu Ermənistan ordusu deyilən ordu ordu yox, bir yığım cinayətkardan, kriminaldan, pis vəziyyətdə olan qurpdan ibarətdir. Ermənistan ordusu bu gün güclü, qüdrətli nizam-intizamlı, hər cəhətdən hazırlıqlı olan Azərbaycan ordusu qarşısında çox aciz və zəifdir”, - deyə deputat bildirib.
Vəfa VƏLİYEVA