Ermənilərin hücumuna məruz qalan diaspor fəalı Azərbaycana qayıdır | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


Ermənilərin hücumuna məruz qalan diaspor fəalı Azərbaycana qayıdır

Siyasət A- A A+

Rusiyanın Pytiqorsk şəhərində keçirilən Beynəlxalq Gənclər Forumunda azərbaycanlı gənc Sabir Rüstəmov ermənilərin, xüsusilə, erməni diplomat qadınların hücumuna məruz qalıb. Erməni qadınlar azərbaycanlı gəncin əynində Azərbaycan yazılmış köynəyə əl atıb, onu cırıblar.

Eurasia Diary xəbər verir ki, modern.az Sabir Rüstəmovla əlaqə saxlayaraq hadisənin təfərrüatlarını öyrənib.

Sabir Rüstəmov deyib ki, provokasiya xarakterli çıxışlar edən Ermənistanın Rusiyadakı səfiri Vardan Surenoviç olub:

“Rusiyanın Potiqorsk  şəhərində  gənclərin forumu keçirilib. Forumda 3 minə yaxın gənc iştirak edib. Həmin gənclər arasında, həm azərbaycanlılar, həm ruslar, həm də ermənilər olub. Tədbirə Ermənistanın Rusiyadakı səfiri də dəvət edilmişdi. Sadəcə təşkilatçılar erməni səfirə öncədən özünü necə aparması barədə heç bir söz deməmişdilər. Səfir də danışmağa başlayan zaman provokasiyaya yol verdi. “Qarabağ Ermənistanındır. Azərbaycanlılar orada heç vaxt yaşamayıblar. Azərbaycanlılar heç zaman Qarabağda yaşamayacaq”. Erməni səfirin dediklərindən sonra vəziyyət qızışdı”.

Ermənilərin hücumuna məruz qalan həmyerlimizin sözlərinə görə, onun köynəyinin ön hissəsində Azərbaycan gerbi, arxa hissəsində isə Azərbaycan sözü əks olunub:

“Səfir danışdıqca, onun yalanlarına cavab vermək istəyirdim, ancaq onun adamları imkan vermirdilər. Səfir Vardan Surenoviç isə daha da irəli gedərək çıxışını davam etdirirdi. Qarabağın heç zaman Azərbaycana məxsus olmadığını deyirdi. Bir sözlə, 3 minə yaxın insana saxta məlumatlar verirdi. Bu zaman dözməyib mikrafonsuz Qarabağ haqqında danışdım. Ermənilərin yalançı olduqlarını dedim. Bunu eşidən erməni diplomat qadınları üzərimə gəlib köynəyimi cırdılar. Bu gün Azərbaycana gəlməliyəm. Hələ də həyatım üçün təhlükə var”.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...