Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin sərəncamı ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı ilə təltif olunub.
Eurasia Diary xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.
"Təşəkkür edirəm, cənab komandan. Sizlərlə bir sırada olmaqdan qürur duyuram", - deyə A.Mirzəzadə DSX rəisinə təşəkkürlərini çatdırıb.