“Prezident Elçibəyin təyyarəsinə Mingəçevirdən S20 raketi atıldı…” Sirrlər açılır

Siyasət 01:35 18.08.2019

Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini deyib; eks-baş nazir: “Gəncədən havaya qalxan prezidentin təyyarəsinə Mingəçevir su anbarını mühafizə edən S20 raketi atıldı”

Müsavat Partiyasının başqanı Arif Hacılı fecebook profilində özünün video-çıxışını paylaşıb. Çıxış 1993-cü ilin fevral ayında Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarışında olub. Həmin dövrdə keçmiş korpus komandiri Surət Hüseynov açıq şəkildə AXC iqtidarına qarşı çıxmışdı. Gəncədə gərginlik yaşanırdı.

A.Hacılı həmin videonu özünün qeydi ilə paylaşıb. Və videonun altında müxtəlif şərhlər yazılıb. Müsavat başqanı da bir neçə post yazaraq, o dövrdə bu çıxışının səbəbi haqda izahat verir. Həmçinin həmin vaxt Gəncə şəhərində gedən proseslərdən söz açıb.

Arif Hacılının 26 il öncəki həmin videoda dediyi sözlərlə tanış olaq: “Məsuliyyətimlə əminəm ki, Surət Hüseynov Azərbaycan prezidenti Əbülfəz Elçibəyin ardıcılıdır, tərəfdarıdır. Onun prezident seçilməsinin tərəfdarı olub, tərəfdarlarını ona səsverməyə çağırıb. Əbülfəz Elçibəy bunu kifayət qədər bilir. Söz gəzdirən, ara vuran adamlardan fərqli olaraq, dövlətin müxtəlif istiqamətlərdən informasiya yığmaq imkanları var”.

A.Hacılı dolayısı ilə Gəncəyə getməklə həmin vaxtdakı qiyamın qarşısını aldığını diqqətə çatdırır. O, həmin vaxt dövlət katibi işləyən, sonralar baş nazir postunu tutan Pənah Hüseynin onun Gəncəyə getməsinə razılıq verdiyini və ona bu sözləri dediyini yazır: “Uşaqların mənim boynuma, get”.

arif hacılı gəncə 1993 ile ilgili görsel sonucu

Daha sonra Müsavat başqanı ardıcıllıqla rəylərdə fevralın ilk on günlüyündə baş verənləri yazıb. Burada isə əsas diqqətçəkən məqam mərhum prezident Əbülfəz Elçibəy Gəncədə olarkən yaşananlardır. A.Hacılı rəylərin birində 1993-cü ilin fevralında AXC İcraiyyə Komitəsinin S.Hüseynovun əleyhinə bəyanatını populizm adlandırıb. Hətta buna görə o dövrdə AXC İcraiyyə Komitəsinin sədri olmuş Fərəc Quliyevi də suçlayıb.

Sitat: “Pənah Hüseyn vəziyyəti soruşduqdan sonra Fərəc Quliyevin imzası ilə bir bəyanatın olduğunu, bu bəyanatda Surət Hüseynovla Rəhim Qazıyevin xəyanətkar elan olunduğunu dedi. Onların bu bəyanatın televiziya ilə səslənməsini tələb etdiklərini bildirdi. Mənim rəyimi soruşdu. Mən belə bəyanatın indi televiziya ilə səslənməsinin çox ziyanlı olduğunu, hər şeyin artıq həll olunduğu zamanda belə bəyanatın əks effekt verəcəyini, həm də indi prezidentin Gəncədə olduğu vaxt bunu etməyin yolverilməzliyini Pənah Hüseynə dedim. O mənimlə razılaşdı. Belə bəyanatın indi səslənməsinin necə qorxunc nəticələrinin olduğunu bildiyim üçün çox narahat oldum. Bir müddət sonra özüm Pənah Hüseynə zəng vurub bu söhbətin necə yekunlaşdığını soruşdum.

O bəyanatın artıq televiziya ilə səsləndirildiyini bildirdi. Mən qəti etiraz etdim, ona mənimlə razılaşdığını xatırlatdım. Cavabı qısa oldu “Hər şey məndən asılı deyil”.

Müsavat başqanı S.Hüseynovun Ə.Elçibəy hakimiyyətinin sonunu gətirən 4 iyun qiyamından da xəbərsiz olduğunu deyir: “İyunda məsələni məndən gizli saxlamışdılar. Yalnız iyun ayının 4-də səhər saat 10-da Gəncə icra başçısının şəhərdə atışma getdiyi barədə mənə məlumat verməsindən sonra baş verənlərdən xəbər tutdum. Dərhal Gəncəyə getdim. Yerli icra başçıları və Daxili Qoşunların köməyi ilə Gəncənin girəcəyində, Zazalıda blok-post qurdum. Niyə belə mühüm məsələni məndən gizlin saxlamışdılar, qurduğum postun, müdafiə xəttinin taleyi necə oldu? Bu artıq başqa bir söhbətin mövzusudur”.

Ardınca A.Hacılı bunu yazır: “Pənah Hüseyn mənə dedi ki, Gəncədə həyata keçiriləcək tədbirlərin ciddi fəsadları olacağı ehtimalını nəzərə alaraq bəzi dövlət adamlarının, o cümlədən sənin bu məsələdən kənarda, təmiz qalmağını istədik”.

Pənah Hüseyn 1993 ile ilgili görsel sonucu

Sabiq baş nazir P.Hüseyn “Yeni Müsavat”da Müsavat başqanının statusunda adı hallanan yerlərə bu cür aydınlıq gətirdi: “Əvvəldə qeyd edim ki, Arif bəyin statusunu oxumamışam. Şərhim də sizdən eşitdiklərimə aiddir. Açığı, nə üçün birdən-birə 1993-cü ilin fevral hadisələrinin gündəmə gətirilib, aktuallaşdırıldığını da bilmirəm və anlamıram. Bu məsələlər elə 93-cü ildə həmin hadisələrin baş verdiyi günlərdə KİV-lərdə, o cümlədən, dövlət KİV-lərində kifayət qədər əks olunub. Mənim prezident Əbülfəz Elçibəyin həyatda olduğu dövrdə o hadisələr barədə yazılarım, müsahibələrim var, habelə hadisə iştirakçılarının çoxu yaşayır. Yəni o hadisələri mən, yaxud digəri təhrif etmək istəsə belə alınmaz.

Söhbət AXC İcraiyyə Komitəsinin məlum 9 fevral bəyanatından və onun ardınca həmin bəyanatın səbəbi, nəticəsi olaraq baş verən, yaxud da belə başa düşülən, qələmə verilən hadisələrdən gedirsə, suallarınızla əlaqədar aşağıdakıları deyə bilərəm:

Gəncə Qİyamı ile ilgili görsel sonucu

“Prezident 8 fevralda Gəncəyə gedərkən AXC İcraiyyə Komitəsinin Surət Hüseynov barədə bəyanat verəcəyi, eləcə də həmin bəyanatın məzmunu haqqında nə Prezidentin, nə digər rəsmi dövlət vəzifəlilərinin, o cümlədən, mənim və Arif bəyin informasiyası olmayıb. 9 fevralda, axşam xəbərlərinin efirə getməsinə təxminən 2 saat qalmış Teleradio Komitəsi sədrinin birinci müavini Səfər Alışarlı mənə təxirəsalınmaz mühüm işlə bağlı təcili qəbula gəlmək istədiyini bildirib. Qəbul etmişəm. Məlum olub ki, AXC İcraiyyə Komitəsindən televiziyada oxunmaq üçün sənəd daxil olub və Səfər Alışarlı hesab edib ki, həmin sənədin efirə getməzdən əvvəl siyasi rəhbərliyin tanışlığına və efirə getməsi üçün icazəsinə ehtiyac var. Sənədlə tanış olmuşam. AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevi dəvət etmişəm. Sənədin bəyan edilməsinin ləngidilməsinin mümkünlüyü haqqında onun fikrini öyrənmişəm. Fərəc Quliyev bildirib ki, İcraiyyə Komitəsi bu gün artıq mətbuat konfransı keçirərək həmin bəyanatın yazılı mətnini mətbuat nümayəndələrinə paylayıb və əlavə edib ki, komitə bəyanatın efirə getməsində təkid edir. Mən Gəncə ilə əlaqə saxlamışam. Orada səfərdə olan prezidenti məlumatlandırmışam. Prezident sənədin dövlətin rəsmi mövqeyi olmadığını, AXC İcraiyyə Komitəsinin sənədi olduğunu bildirib. Əbülfəz bəyin mövqeyi belə olub ki, bəyanat bir ictimai-siyasi təşkilatın orqanlarından birinin mövqeyidir. Bir növ mənim öhdəmə buraxıb, mən də sənədin artıq KİV-də  paylandığını nəzərə alıb efirə getməsinə razılıq vermişəm. Dəqiq deyə bilərəm ki, sənəd efirdə oxunana qədər Gəncədə olan hər hansı digər şəxslərlə bu barədə müzakirəm olmayıb.

Gəncə Qİyamı ile ilgili görsel sonucu

Sənəd TV-də oxunandan bir qədər sonra o vaxtkı müdafiə naziri mənə zəng edib. Olduqca emosional formada etiraz bildirib. Hətta sonda, ola bilsin emosional çılğınlıq halının təsiri ilə və yəqin ki də belə olub, hərbi təyyarələri qaldırıb Prezident Aparatının binasını bombalamaqla hədələyib. Bundan bir qədər sonra hərbi əks-kəşfiyyat xətti ilə Surət Hüseynovun nəzarəti altında olduğu məlum olan bəzi hərbi hissələrin Gəncə şəhərində və ətrafında şübhəli hərəkətlənməyə keçdiyi haqqında məlumatlar daxil olub. Mən hətta emosional halın nəticəsi olsa belə müdafiə nazirinin Prezident Aparatını bombalamaq hədəsi və Gəncədəki hərbi hərəkətlənməni ciddiyə alıb, prezidentə məlumat vermişəm, ondan aldığım yetki ilə müdafiə nazirinin birinci müavini Vahid Musayevi, daxili İşlər nazirinin müavini Rövşən Cavadovu (nazir İ.Həmidov həmin anda cəbhə bölgəsində idi), Bakı şəhər havadan müdafiə qüvvələri komandanını və digər güc strukturları rəhbərlərini Prezident Aparatına dəvət etmişəm və elə oradan bütün qüvvələrə həyəcan əmrləri verilib və digər tədbirlər görülməyə başlanılıb. Ali Sovetin sədri İsa Qəmbərlə məsləhətləşmədən sonra Prezidentin Gəncədən təcili olaraq Bakıya qayıtması qərara alınıb. Üzərində geniş dayanmayaraq qeyd edirəm ki, Prezident təyyarəsinin Gəncə hava limanından uçmasının qarşısının alınmasına cəhd edildi və prezident təyyarəsi ekstremal bir vəziyyətdə qaranlıq hava limanından havalandı və təyyarənin uçuş marşrutu ənənəvi olmayan xətt üzrə həyata keçirildi. Yəni təyyarə Mingəçevir su anbarı üzərindən dövrə vurmadı. Sonrakı günlərdə Mingəçevir su anbarını mühafizə edən S20 raketlərindən birinin prezident təyyarəsinə atıldığı məlumatı gəldi. Rəsmi təhqiqat başlanıldı, cinayət işi açıldı və həmin cinayət işinin materialları saxlanır. Bir məsələni qeyd edim ki, prezident təyyarəsinin vurulması planı heç cür AXC İcraiyyə Komitəsinin bəyanatı ilə bağlı ola bilməzdi. Bir neçə saat ərzində bu cür planı hazırlayıb, icra etmək qeyri-mümkün məsələdir. Bu baxımdan ola da bilər ki, AXC İcraiyyə Komitəsinin bəyanatının açıqlanması daha dəhşətli sui-qəsd planını pozmuş oldu.

Hadisələr başlandıqdan sonra Gəncədə prezidentlə olan vəzifəli şəxslərlə, o cümlədən Arif bəylə mütəmadi danışıqlarım olub. Arif bəyin Gəncədə qalması məqbul sayılıb. Qeyd edim ki, o, Gəncəyə prezidentin təyyarəsində yox, prezident avtomobilində getmişdi. Bunun da səbəbləri vardı. Prezident Bakıya qayıtdıqdan sonra Gəncədə Surət Hüseynovun tərəfdarları şəhəri ələ keçirməyə cəhdlər ediblər, hökumətə ultimatum ünvanlayıblar və həmin anda hadisələrin məcradan çıxmamasında orda olan Arif bəyin ciddi rolu olub. Müəyyən məqamda Arif bəy mənə zəng edib ki, Surət Hüseynov onunla görüşmək istəyir, ancaq hərbi şəhərcikdə. “Get. Ailədən, uşaqlarından arxayın ol, səni öldürsələr onlara baxarıq” sözlərini də onda demişəm. Arif bəy həmin görüşdən sonra Bakıya gəlib və rəhbərliyin tapşırığı ilə AZ TV- də hadisələr haqqında çıxış edib. Bu çıxışına qarşı AXC rəhbərliyindən bir qrup şəxs ona haqsız hücumlar etdi, lakin prezident və digər siyasi rəhbər şəxslər, o cümlədən İsa Qəmbər və mən onu müdafiə etdik və bildirildi ki, Arif Hacılı prezidentin göstəriş və tapşırıqları ilə hərəkət edib, danışıb və rəhbərliyin mövqeyini ifadə edib”.

P.Hüseyn bu yerdə bir qədər kinayəli tonda danışdı: “O ki qaldı ”mən olsaydım”, “mən bilsəydim”, “mən etsəydim başqa cür olardı” kimi mülahizələrə çıxış etmək insanların hüququdur. O cümlədən 4 iyun hadisələri ilə bağlı. Bunun əksini iddia etmək də digərlərinin hüququdur. Şəxsən mən bu tip iddialara  o qədər də ciddi yanaşmıram və ciddi saymıram. Ancaq nəzərə alaraq ki, son dövrdə belə açıqlamalar çoxalıb, diskussiya istəyənlər varsa, buyursunlar. Mən hazır”.(musavat.com)

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Hamısı