"Azərbaycanın Qarabağa hücuma keçməsi üçün münbit şərait yarandı" Erməni deputatdan sensassion məqalə

Siyasət 09:43 18.08.2019

Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdəki çıxışı nəinki Azərbaycanda, elə düşmən ölkənin özündə də neqativ reaksiyalara səbəb olub. Virtualaz.org qeyd edir ki, Paşinyanın olduqca avantürist bəyanatlar verərək Dağlıq Qarabağı Ermənistanın təkib hissəsi elan etməsinin, “miatsum” şüarını yenidən gündəmə gətirməsinn müharibəni qaçılmaz edəcəyi barədə Yerevanda da narahatlıq keçirirlər.

Ermənistan parlamentinin deputatı, Respublika Partiyasının üzvü Artaşes Geqamyan isə “Regnum” portalında dərc edilmiş sensasion məqaləsində (https://regnum.ru/news/polit/2692788.html) Paşinyanın bu çıxışını “açıq-aşkar təxribat” adlandırır. Və qeyd edir ki, “xalqın baş nazirinin” bu təxribatçı çıxışı Ermənistanı yeni müharibəyə sürükləyir, Minsk Qrupunun mövcudluğunu heçə endirir.

Geqamyanın geniş məqaləsində Paşinyanın hakimiyyət başına gələndən bu yana yürütdüyü avantürist siyasət, onun və komandasının Ermənistanın strateji müttəfiqi Rusiya ilə münasibətləri korlayan hərəkətləri, o cümlədən Qarabağ məsələsində tutduğu populist mövqe barədə sitatlar, faktlar yer alır. Təcrübəli erməni siyasətçi əsas diqqəti Paşinyanın Xankəndindəki çıxışına yönəldərək qeyd edir ki, baş nazirin “açıq-aşkar təxribatçı çıxışı” sayəsində Azərbaycanın Qarabağa hücuma keçməsi üçün münbit informasiya fonu yaradılıb.

Siyasətçi xatırladır ki, Paşinyan Xankəndində səsləndirdiyi “miatsum” şüarını, Dağlıq Qarabağın Ermənistanın “tərkib hissəsi olduğunu” sentyabrda ABŞ-a səfəri zamanı erməni icması qarşısında da təkrar etməyə, Amerikadakı erməni icmasının bu məsələdə dəstəyini qazanmağa hazırlaşır.

 

“Və Paşinyan özünün bu açıq-aşkar, heç bir tərəddüdsüz təxribatçı sayılan sərsəm çıxışını sentyabrın 22-də Los-Ancelesn “Grand Park” otelində təkrarlamağa hazırlaşır. Onun gözlənilən hərəkətinin əsl məqsədi birdir-guya bütün dünya ermənilərinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dəstəyini qazanmaq. Düşünmək olar ki, bu akt on bir milyon ermənidən kiminsə ürəyincə olmayacaq. Nikol Vova oğlu isə özünün siyasi avantürasının mümkün qanlı nəticələrini və bu nəticələrə görə məsuliyyəti bütün erməni xalqının üstünə atmağa cəhd edir. Mən indi yazdıqlarımın sonradan necə alçaqcasına yozula biləcəyini dərk edirəm. Lakin təəsüf ki, həqiqət belədir-N.Paşinyan bu çıxışı ilə faktiki olaraq Minsk Qrupunun özünün mövcudluğuna da son qoydu, həmsədr ölkələrin prezidentlərinin çağırışlarına məhəl qoymadı. Hansı ki, son 10 il ərzində beş dəfə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair birgə bəyanatlarla çıxış etmişdilər”,-Artaşes Geqamyan yazır.

Erməni siyasətçi vurğulayır ki, əgər Paşinyan və tərəfdaşları 2008-ci il martın 1-də öz təxribatçı çağırışları ilə 10 Ermənistan vətəndaşının həlak olmasına gətirib çıxarmışdısa və indi bu cinayətin günahkarlarını kənarda axtarırsa, onun indiki təxribatçı nitqi daha çox qanlı nəticələrə gətirib çıxara bilər.

Ona görə də Geqamyan belə qənaətə gəlir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu günlərdə Yerevana ancaq bir məqsədlə gəlmişdi-indiki Ermənistan rəhbərliyini Cənubi Qafqaz regionunu qanlı müharibəyə sürükləyə biləcək sonrakı təxribatlardan çəkindirmək.

 

Qeyd etmək lazımdır ki, Artaşes Geqamyan Serj Sərkisyanın partiyasının təcrübəli siyasətçilərindən biridir və onun məqaləsini həm də Sərkisyanın mövqeyi kimi qəbul etmək olar. Çünki Sərkisyan nə qədər hərbi cani və kompromissiz siyasətçi olsa da heç vaxt Qarabağı Ermənistanın tərkib hissəsi elan edib danışıqlar prosesini heçə endirməmişdi. Çünki nəzərə alırdı ki, belə bəyanatlar danışıqlar prosesini mənasız edir və nəticədə mövcud status-kvonun saxlanılmasını riskə ata bilər. İndi isə Paşinyanın çıxışı, onun tutduğu avantürist, təxribatçı mövqe həqiqətən Minsk Qrupunu heçə endirir, danışıqlara yer qoymur və Azərbaycanın qarşısında ancaq bir seçim buraxır-müharibə.

Bu baxımdan Geqamyanın məqaləsi hətta rəsmi Bakıdan səslənən bəyanatlarla müqayisədə sərtdir. Hansı ki, Azərbaycan tərəfi Paşinyanın həmin çıxışından dərhal sonra Minsk Qrupunun həmsədrlərini təcili Bakıya dəvət edib onlara Ermənistan rəhbərliyinin avantürist addımlarının mümkün nəticələrini çatdırmalıydı. Və elan etməliydi ki, Paşinyanın hərəkətləri Minsk Qrupunun sonrakı fəaliyyətini sual altına alır, əgər vasitəçilər Ermənistan rəhbərliyinin bəyanatlarını rəsmən rədd etməyəcəksə...

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı