Deputat hakimiyyətdəki gizli qrupları xəbərdar etdi: "Onlar nifrət etdikləri liderlərini lazımınca qiymətləndirə bilmirlər"

Siyasət 14:10 18.08.2019

Qüdrət Həsənquliyev: “Şizofreniyanın ilk əlaməti utancaqlığın və özünü tənqid hissinin itməsidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, son vaxtlar Sizə qarşı hücumların sayı artıb. Bunu nə ilə əlaqələndirirsiniz?

- Xalq hərəkatının üzə çıxardığı bəzi “debil”lər və onların ətraflarına cəlb etdiyi, yaxud onlara qoşulmuş bəzi tərbiyəsiz elementlər kənar təsirlərlə canlandırılıblar. Hər kəsə aydındır ki, heç bir ciddi siyasi dairə belə ünsürlərlə hansısa ciddi iş tutmaz. Onların bəziləri iqtidara yaxınlaşmaq üçün min bir oyundan çıxsa da rədd edildikləri üçün incik düşüb. Bəziləri iqtidardan qovulmuş, yaxud səhhəti gözləməyə imkan vermədiyindən ali hakimiyyət üçün alışıb-yanan, intellekti və qabiliyyəti uyğun olmadığı halda insani münasibətlərə görə zamanında yüksək vəzifələrə təyin olunmuş, çoxlu çirkli pulları olan məmurlardan söyüş sifarişi alanlar, yaxud ölkənin imicini korlamaq üçün ermənipərəst dairələrin sifarişi əsasında fəaliyyət göstərənlərdir. Biz bu adamların kimliyini açıb ortaya qoyanda başlayırlar artıq-əskik danışmağa. Onları ifşa etməyimizin səbəbi isə odur ki, belələri insanları çaşdırıb xalqımıza ziyan vura bilərlər. Başqa bir səbəb isə onların ictimai-siyasi həyatda mənəvi dəyərləri korlamasıdır.

- Sizi Rusiyanın maraqlarına xidmət etməkdə belə suçlayanlar var...

- Bir az öncə qeyd etdim, ölkənin siyasi həyatında çoxlu sayda qeyri-ciddi, anormal insanlar var. Birinə deyirsən sən PKK-çı terrorçu ilə görüşmüsən və bunun məsuliyyyətini daşımalısan, deyir, mən agent deyiləm. Yaxud deyirlər biologiya üzrə, həm də nəzəri məsələlərə görə Nobel mükafatı verilmir, deyir paxıllıq edirsiniz. Başa düşmür ki, ölkəni biabır edir. Bilirsiniz mən hüquqi psixologiyanı öyrənmişəm, şizofreniyanın ilk əlaməti utancaqlığın və özünü tənqid hissinin itməsidir. Siyasi həyatda belələri çoxdur. Ona görə də bu tip adamların mənim haqqında danışdırılması səfehlikdən başqa bir şey deyil.

- Qüdrət bəy radikal müxalifət iqtidar daxilində hakimiyyət dəyişikliyinə hazırlıqdan danışır. Bu barədə nə deyə bilərsiniz?

- Əvvəla, gəlin onları fitlə hərəkət etdiklərinə görə “fit müxalifəti” adlandıraq. Həmin bu “fit müxalifəti” bir vaxtlar da ölkənin real durumundan çıxış etmək əvəzinə “X” günündən danışırdılar. İndi də qırıq patefon kimi başlayıblar yerlərində fırlanıb təkrarlamağa ki, hakimiyyət ötürülür.

- Bəs nə etməlidirlər?

- İlk növbədə, müxalifət xalqımızın inkişaf səviyyəsini, regional və beynəlxalq vəziyyəti nəzərə alıb real təkliflərlə çıxış etməlidir. Yoxsa kənardan səsləndirilən fitlə hərəkət etməməlidirlər. Anlamalıdırlar ki, yalnız yuxarıdan aparılan islahatlar ölkədə müsbət dəyişikliklərə yol aça bilər. İqtidarı tənqid etmək, xalqı marifləndirmək, amma bütün vasitələrlə iqtidarla qarşıdurmadan yayınmaq lazımdır. Hər hansı toqquşma ölkədəki demokratik inkişafa ciddi ziyan vuracaq. Bu gerizəkalılar isə deyir ki, mitinqə çox adam gəlsə hakimiyyət orqanlarının üzərinə yürüş edəcəyik. Bilirsiniz, bu adamların müxalifətçilik barədə təsəvvürləri çox bəsitdir. Elə fikirləşirlər ki, sən müxalifətdəsənsə bütün hallarda, ölkəyə hansı zərəri vuracağından asılı olmayaraq, hər fürsətdə iqtidarı yıxmağa çalışmalısan. Həqiqətdə isə iqtidara gəlmədən də təkliflərinlə ölkədə demokratiyanın və iqtisadiyyatın inkişafı üçün töhvələr verə bilərsən. Nəticədə, əgər məqsədin hakimiyyətə gəlməklə ölkənin sürətli inkişafını təmin etməkdirsə, həmin inkişaf olacaq və sən də demokratik seçkilərlə, xalq etimad göstərəcəyi təqdirdə hakimiyyətə gələ bilərsən.

- Hakim partiyada həqiqətən lider dəyişikliyi baş verərsə “fit müxalifəti” bundan istifadə edib ölkədə siyasi sabitliyi poza bilərmi?

- Qətiyyən, bu mümkün deyil.Vaxtilə Heydər Əliyev İlham Əliyevi partiyada özünə müavin təyin etməklə kimin varis olacağını müəyyənləşdirdi və bəzi dağıdıcı proseslərin qarşısını aldı. İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə bu məsələni həll edib. Həm də o dövrlə müqayisədə dövlət institutları çox oturuşub, təxribat imkanları xeyli məhdudlaşıb. Həmin dövrlə müqayisədə hər iki şəxs təbii liderlik keyfiyyətləri ilə yanaşı, böyük idarəetmə təcrübəsi də qazanıblar. “Fit müxalifəti” ilə eyni səviyyədə olan, qayanın kölgəsində gizlənib özünü böyük rəhbər sayan hakimiyyətdəki iddialıların faciəsi ondadır ki, rəqib saydıqları (əsl həqiqətdə nifrət etdikləri) liderlərini lazımınca qiymətləndirə bilmirlər. Əslində mənim bu açıqlamalarım da onları xəbərdar edib, şəxsi faciələrinə yol açacaq böyük fəlakətlərdən çəkindirməkdir. Həmin adamlar xaricdən verilən vədlərə inanmamalıdırlar.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı