"Zərdüştə vurduğu şilləyə görə İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi" Vəkil sirrləri açır

Siyasət 19:41 18.08.2019

Tanınmış vəkil, ADİSAD Hüquq firmasının rəhbəri Adil İsmayılov Azərbaycanın keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun məhkəmə işinə qoşulmağının tarixçəsindən yazıb. 

Eurasia Diary vəkil Adil İsmayılovun yazısını təqdim edir:

İSGƏNDƏR HƏMİDOVUN MƏHKƏMƏSİ

İsgəndər Həmidovla şəxsi tanışlığımız bu məhkəmədən xeyli əvvələ təsadüf esir. Onunla bağlı müxtəlif tipli xatirələrim var. Belə xatirələrimdən biri 1993-cü ilin fevralında AXC-nin qurultayı günü Lenin sarayının qarşısında olan görüşümüzə aiddir. Bəyin yadında qalıbsa özü danışsa məmnun olaram, yadında deyilsə və etiraz etmirsə mən danışaram. İndi isə onu deyim ki, İsgəndər bəy koloritli simadır, bütün mənfi və müsbətlərinə rəğmən çox səmimi insandı, hətta bəzi məqamlarda bu səmimilik sadəlövhlük həddinə çatır. Onun xətri mənim üçün əzizdir və bilirəm ki, bu qarşılıqlıdır. İndi də ara-sıra xeyir-şər məclislərində görüşürük. Qayıdaq Həmidovun məhkəməsinə.

İsgəndər Həmidov vəkil kimi müdafiə etdiyim nazir postu tutmuş şəxslərdən biri, daha doğrusu birincisi idi. Həmidovun məhkəməsi 1995-ci ildə, Azərbaycan Respublikasının 1-ci çağırış Milli Məclisinə seçkilər ərəfəsinə düşdü. İşə Azərbaycan Respublikasının Ali məhkəməsində baxılırdı. Onda hələ ağır cəzalar, üzr istəyirəm ağır cinayətlər məhkəmələri yox idi. İşə Ali Məhkəmənin hakimi Mansur İbayev baxırdı. (Ramil Səfərovun işində olduğu kimi xalq iclasçıları, yəni peşəkar hakim olmayan sağdış,soldışla). Həmidov dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə və digər ağır cinayətlərdə ittiham olunurdu, bu barədə bir qədər sonra. İttihamnamədə (o vaxt ittiham aktı belə adlanırdı, səhv tutmaq istəyənlərin diqqətinə, icazə versələr bundan sonra onları nəzərə almaram) səhv etmirəmsə 50 nəfərə kimi şahidin dindirilməsi nəzərdə tutulurdu. Zərdüşt Əlizadə zərərçəkmiş şəxs idi. Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 ilə kimi azadlıqdan məhrum etmə gözləyirdi. Həmidova bu əmələ görə müharibə şəraitində hərbçinin səlahiyyət hədlərini aşması maddəsi verilmişdi.

Məhkəmənin birinci günü ittiham elan edildi, Həmidov dindirildi və təbii ki, ittihamları qəbul etmədi. Mən həmişə bu fikirdə olmuşam kii, o, ittihamların hamısı qanunsuz və əsassız idi. Məhkəmə çıxışında da dedim ki, prokurorluq günahla təqsiri səhv salıb. Həmidovun günahları çox ola bilər. Amma elan edilmiş ittihamda onun təqsiri yoxdur. İkinci və üçüncü məhkəmə iclaslarında ən çoxu 10 nəfərə kimi şahid dindirildi. Bunlardan yadımda qalan iki nəfər general mayor Aleksandr Vasyak və Milli Məclisin üzvü Rauf səhv etmirəmsə, soyadı İsmayılov idi. Hər ikisi Həmidovun əleyhinə heç nə danışmadı. Zərdüşt Əlizadənin məhkəməyə gəlib-gəlməməsini xatırlamıram. Beləliklə, 10 şahidi dindirdikdən və üçüncü məhkəmə iclasında fasilədən qayıtdıqdan sonra hakim gözlənilmədən məhkəmə istintaqının bitdiyini elan edildi. Aydın məsələdir ki, mən etiraz etdim. Hakimi qanunlara hörmət etməyə çağırdım. İttihamın şahidləri dindirilmədən, bizə əlavə şahidlər dəvət etmək üçün şərait yaradılmadan, məhkəməyə gəlməyən şahidlərin ifadələri, işdə olan ekspertiza rəyləri və digər sənədlər elan edilmədən məhkəmə istintaqının başa çatmasının qanunsuz olmasını dedim. Amma sədrlik edən mənə qulaq asmaq belə istəmədi və çıxışlara keçdi. Birinci çıxış üçün sözü dövlət ittihamçısına-prokurora verdi.

Görünürdü ki, prokuror hadisələrin bu cür inkişafına hazır idi, bunu əvvəlcədən bilirdi. 10-15 dəqiqə çıxış edib məhkəmədən Həmidova 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini xahiş etdi. Sədr çıxış üçün mənə söz verdi. Yerimdən qalxaraq çıxışa hazır deyiləm dedim. Hakim 5 dəqiqə fasilə elan etdi və zaldan çıxdı. Fasilədə katib mənə yaxınlaşıb dedi ki, İbayev çağırır. Mən hakimin otağına getdim. İbayev dedi ki, ona tapşırıq verilib bu gün məhkəmə bitməlidir və hökm oxunmalıdır. Cavab verdim ki, mən bu vəziyyətdə çıxış edə bilmərəm. Yenə də yadına saldım ki, istintaqın bu vəziyyətdə bitməsi qanunları tapdalamaqdır. Hakim dediyində israr edəndə otaqdan çıxdım...

Davamı olacaq

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
Hamısı