“Azərbaycan diversantları o vaxt bizim bir postumuzu ələ keçirdi...” erməni generaldan etiraf

Siyasət 16:07 20.08.2019

Ermənistanın 1in.am saytı Baş qərargahın kəşfiyyat idarəsinə 10 il başçılıq etmiş general Arşak Karapetyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa şahid qismində verdiyi ifadəni dərc edib.

Eurasia Diary Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşlərində aldığı zərbələrə görə Serj Sərkisyan tərəfindən işdən çıxarılan, lakin hazırda baş nazir Paşinyanın müşaviri olan general Karapetyan həmin hadisələr zamanı Azərbaycanla cəbhə xəttindən qoşunların çıxarılıb Yerevana göndərilməsindən danışıb.

Karapetyan ifadəsində deyir ki, silahlı qüvvələrin komandanlığı 2008-ci ilin fevral-mart aylarında Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində, xüsusən də Qarabağda cəmləşdiyi bir vaxtda qoşunların Yerevana aparılmasını anlamırdı. Ordunun bəzi hissələri üçün isə bu yerdəyişmə qəbuledilməz idi. Generalın bildirdiyinə görə, nəinki Qarabağdan, hətta Ermənistan-Azərbaycan sərhədindən də qüvvələr çıxarılaraq Yerevana aparılıb.

“Həmin günlərdə təmas xəttinin müxtəlif istiqamətlərində, xüsusən də Qarabağdakı müdafiə rayonlarında Azərbaycan Silahlı Qüvvələrinin cəmləşməsi müşahidə olunurdu. Bu cəmləşmənin nəticəsi olaraq bir müddət sonra düşmənin diversiya qrupu bizim müdafiə postlarımızdan birini ələ keçirdi”,-Arşak Karapetyan bildirib.

O, ifadəsində deyib ki, Ermənistan silahlı qüvvələri həmin postu tezliklə geri qaytarıb. Qarşı tərəf itki verib və meyitlər həmin postda qalıb.

“Mənim və komandan heyətindən bir çoxları üçün təəcüblü idi ki, regionda hökm sürən təhlükəli vəziyyətə baxmayaraq Yerevana üstəlik sərhəd korpusunun birləşmələrini də göndərmişdilər. Bu mənim üçün qəbuledilməz idi, çünki istənilən vaxt sərhəddə təxribat baş verərdi və əlavə qüvvələrə ehtiyac yaranardı Sərhəd korpusundan qoşunları çıxarıb Yerevana göndərməyin nə mənası vardı ki, oradakı mitinqləri başqa qüvvələrin köməyi ilə dağıtmaq olardı? Ən uzağı Yerevan qarnizonunun qoşunlarından istifadə oluna bilərdi. Aydın deyildi ki, nəyə görə 3-cü ordu korpusunun BMP-ləri Yerevana göndərilmişdi. Bu texnika orada nə etməli idi? Mənim fikrimcə bütün bunlara ehtiyac yox idi”,-Karapetyan bildirir.

Ermənistan ordusunun 3-cü korpusu Azərbaycanla sərhədin Qazax-Tovuz-Gədəbəy istiqamətlərinə cavabdehdir.

General Karapetyan Serj Sərkisyanı, Robert Köçəryanı və vaxtilə qulluq etdiyi komandanın digər üzvlərini istintaqa sataraq fevralın 23-də Yerevanda keçirilən müşavirə haqda da danışıb. Deyib ki, Köçəryan həmin müşavirədə ölkədə hərbi vəziyyətin elan olunduğunu bildirdi. Serj Sərkisyan isə hələ baş nazir statusunda təklif etdi ki, Yerevanda general Yuri Xaçaturovun rəhbərliyi ilə hərbi administrasiya yaradılsın.

Xatırladaq ki, bundan əvvəl BBC rus xidməti istintaq sənədlərinə istinadən Qarabağdan Yerevana göndərilən qoşunlara general Samvel Karapetyan-Ohanovskinin komandanlıq etdiyini bildirib. İstintaq materiallarına əsasən həmin qüvvələrin içərisindən nümayişçilərə güllə atmaq üçün 20 nəfərlik dəstələr yaradılıb, onlar prezident administrasiyasının zirzəmisində yerləşdirilib.

 
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə

Xəbər xətti

Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Goranboyda mağazadan oğurluq olub
04:48 19.03.2024
Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
03:30 19.03.2024
Göyçayda kənd yolu əsaslı təmir olunub
02:29 19.03.2024
Aİ-dən BƏYANAT: Rusiyadakı seçkilər ciddi məhdudiyyətlər şəraitində keçirilib
01:00 19.03.2024
Şimali Koreya Rusiyaya 7 min konteyner silah göndərdi
00:11 19.03.2024
Gəncədə iki nəfər mübahisə zəminində bıçaqlanıb
23:45 18.03.2024
Avropa Sülh Mexanizminin maliyyə tavanı 17 milyard avrodan çox olacaq
23:24 18.03.2024
Attraksionlara nəzarət gücləndirildi
23:00 18.03.2024
İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü
22:38 18.03.2024
Pakistan Əfqanıstanla sərhəd bölgələrində antiterror əməliyyatları keçirib
22:22 18.03.2024
"Neftçi" - "Spartak" matçının biletləri satışda
22:00 18.03.2024
NATO ilə Azərbaycan arasında yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparılır
21:47 18.03.2024
Ciddi əlavə təsirləri aşkarlanan dərmanlar haqqında bildirişlərin göndərilmə vaxtı uzadılır
21:39 18.03.2024
"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
21:22 18.03.2024
Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib
21:00 18.03.2024
Bakı Dəmiryol Vağzalında dəmiryolçular üçün göz müayinəsi aksiyası təşkil edilib
20:44 18.03.2024
Dərman vasitələrinə farmakonəzarət üzrə məlumat və hesabat sənədləri türk dilində təqdim ediləcək
20:22 18.03.2024
Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
19:57 18.03.2024
Hikmət Hacıyev: “Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var”
19:54 18.03.2024
Azərbaycan-İraq iqtisadi əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub
19:50 18.03.2024
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ
19:39 18.03.2024
Fransada fermerlər hökumət binaları qarşısına təkər yığıblar
19:20 18.03.2024
Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
19:04 18.03.2024
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin sayı ARTIRILIB
19:00 18.03.2024
Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18:40 18.03.2024
RİNN DGK-dan ölkəyə gətirilən radioelekton vasitələr barədə məlumat alacaq
18:20 18.03.2024
Azərbaycan Premyer Liqasının klubları cərimələnib
18:08 18.03.2024
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
Rusiya ilhaqından sonra Krımda nələr dəyişib?
18:00 18.03.2024
Məşhur aktyor Afrikada şəhər tikəcək
Məşhur aktyor Afrikada şəhər tikəcək
17:45 18.03.2024
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
Putin prezident seçkilərində 87,28% səs toplayıb - RƏSMİ
17:35 18.03.2024
Şimali Koreyanın növbəti lideri bəlli olub
Şimali Koreyanın növbəti lideri bəlli olub
17:30 18.03.2024
Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları YARADILACAQ
17:26 18.03.2024
Ermənistan dövləti cənubi Qafqazda özü böyük minadır -Əziz Ələkbərov və BAMF-ın rəhbəri Umud Mirzəyevlə müzakirə
17:21 18.03.2024
Hamısı