Yaxın dövrdə Türkiyədə BOMBALAR PARTLAYACAQ - Türk generaldan sensasiya... | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Yaxın dövrdə Türkiyədə BOMBALAR PARTLAYACAQ - Türk generaldan sensasiya...

Siyasət A- A A+

PKK bitdi. ABŞ istifadə edə biləcəyi yeni bir maşa axtarışındadır. Qarşıdakı dövrdə Türkiyədə bombalar partlaya bilər.

Eurasia Diary xəbər verir ki, bu iddianı “Yeni Şəfəq” nəşrinə açıqlamasında Türkiyə Silahlı qüvvələri Baş qərargahının kəşfiyyat dairəsinin keçmiş başçısı İsmail Hakkı Pekin səsləndirib.

İsmail Hakkı Pekin ile ilgili görsel sonucu

Nəşr qeyd edir ki, Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgə üçün Türkiyə ilə ABŞ arasında danışıqlar davam edir. Hər iki ölkə danışıqlarla bağlı müsbət siqnallar versə də, əməliyyatla bağlı bir çox suallar hələ cavabsız qalıb. Bölgədəki PYD-PKK ünsürləri ilə əlaqələri dəfələrlə ortaya çıxan ABŞ-ın fərqli terror təşkilatları ilə də birbaşa təmasda olduğu ortaya çıxıb.

Türkiyənin daxili İşlər naziri Süleyman Soylunun “14 gün əvvəl Suriyada amerikalılar MLKP (Marksist-Leninist Kommunist Partiyası) ilə görüşdü. Nə danışdıqlarını da bilirik” şəklində bəyanatı da ABŞ-ın terrorçularla əməkdaşlığına diqqəti bir daha yönəltdi.

“Türkiyə son dövrlərdə atdığı addımlarla PKK-nın belini qırdı. ABŞ istədiyi kimi istifadə edə biləcəyi yeni bir maşa axtarır. ABŞ istifadə edə biləcəyi bütün təşkilatlarla danışıqlar apara biləcək bir ölkədir. Bu görüş də onlardan biridir. PKK son dövrlərdə ciddi bir zərbə aldı. ABŞ yeni dövrdə onları dövriyyədən çıxararaq MLKP-ni meydana ata bilər. Qarşıdakı dövrdə Türkiyədə legal görünüşlü qrupların qarışdığı bomba partlayışları baş verə bilər”, - keçmiş kəşfiyyat şefi xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...