Akşener Elçibəyi TARİXİ FOTO ilə andı - "Dəyərli böyüyüm…” | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Akşener Elçibəyi TARİXİ FOTO ilə andı - "Dəyərli böyüyüm…”

Siyasət A- A A+

Bu gün Azərbaycan Respublikasının ikinci prezidenti, Azadlıq hərəkatının liderləri Əbülfəz Elçibəyin anım günüdür.

Eurasia Diary  xəbər verir ki, Türkiyənin tanınmış dövlət və siyasət adamlarından olan sabiq daxili işlər naziri, eks vitse-spiker, “İYİ Parti”nin genəl başqanı Meral Akşənər Azərbaycan milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümü ilə bağlı öz “Facebook” səhifəsində status paylaşıb.

M. Akşənər statusunda bunları qeyd edib:

“Azərbaycanın bağımsızlıq – müstəqillik mücadiləsinin öndəri, örnək dava adamı, Türklük üçün verdiyi mücadilə daim gələcək nəsillərə ilham verəcək dəyərli böyüyüm Əbülfəz Elçibəyi vəfatının  idönümündə saygı, rəhmət və özləmlə anıram”.

O, eyni zamanda, illər öncə Bakıda Elçibəylə birgə çəkdikləri fotonu paylaşıb. 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...