Ermənistanın Tavuş vilayətində avqustun 23-nə keçən gecə ağır yol qəzası baş verib.
Eurasia Diary Ermənistan KİV-inə istinadən xəbər verir ki, saat 03:30-da Baqanis kəndi ərazisində "QAZ 66" markalı yük maşını aşıb.
Yük maşınında olan müqavilə üzrə xidmət edən 11 hərbçi yaralanıb. Onlar Noyemberyan xəstəxanasına aparılıblar.
Qeyd edək ki, son aylarda Ermənistanda hərbi maşınların ardıcıl qəzalara uğraması erməni ictiaiyyətində ciddi müzakirələrə səbəb olub.