Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan 16 əcnəbi tələbə ölkəmizin müharibədən zərər çəkmiş bölgələrindən biri olan Tərtərə səfər ediblər.
Eurasia Diary xəbər verir ki, Ukrayna, Rusiya, Türkiyə, İtaliya və digər ölkələrdən olan tələbələr Tərtərin müharibə nəticəsində dağıdılmış Şıxarx və Həsənqaya kəndlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallığı, erməni vandalizmi ilə əyani şəkildə tanış olublar.
Əcnəbi tələbələr Həsənqayada “Marağa-150” abidəsinə də baş çəkiblər.
Qeyd edək ki, "Marağa-150" abidəsi 1978-ci ildə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində məskunlaşmalarının ildönümü ilə bağlı özləri tərəfindən ucaldılıb və bu abidə ermənilərin Azərbaycanın bu bölgəsində yad bir millət olduğunu bütün dünyaya sübut edir.