"Sizin kimiləri ancaq güllə susdura bilər..." Ramzan Kadırovla dağıstanlılar arasında mübahisə kəskinləşir

Siyasət 10:18 26.08.2019

Çeçenistanın rəhbəri Ramzan Kadırov XIX əsrdə Qafqazdakı dağ xalqlarının lideri olmuş Şeyx Şamili əvvəl Rusiyaya qarşı vuruşub, sonra ruslar tərəfə keçməkdə ittiham edib. Dağıstanlılar bu sözlərə etiraz aksiyası və sərt tənqidlərlə cavab veriblər. BBC Rusca xidməti Kadırovla görüşmüş ictimai fəalla söhbət edib. O Kadırovla Şeyx Şamilin tarixdəki rolu və Qafqazın dağ xalqları arasındakı münasibətlər haqqında danışıb.

Dağıstanlılarla Kadırov arasında mübahisə avqustun 7-də başlayıb. Həmin gün Çeçenistan rəhbəri yerli informasiya agentliyinə hərbi birləşmələrin Dağıstana 20 il əvvəlki hücumuyla bağlı müsahibə verib.

Müsahibənin sonunda Kadırov Dağıstanın Gimrı kəndindən olan, XIX əsrdə 25 il Rusiyaya qarşı müharibə aparmış Şeyx Şamil haqqında danışıb. Kadırov deyib ki, həmin müharibənin 19 ilini Şeyx Şamil Çeçenistan ərazisində vuruşub və çeçenlərin yarısının məhvinə səbəb olub.

"Çeçen xalqını böyük fəlakətə düçar edən adam zadəgan titulu müqabilində Rusiyaya sədaqət andı içib. Bu, Çeçenistana və çeçen xalqına qarşı terror deyilsə, nədir? Şüurlu şəkildə edilib, ya yox? Yoxsa ikili standartlar hələ XIX əsrdə yaranmışdı?" - Çeçenistanın rəhbəri müsahibəsində bu sualları səsləndirib.

Onun sözlərinə jurnalistlər, ictimai xadimlər və din adamları reaksiya veriblər. Növbəti gün Mahaçqalada 100 nəfərin iştirak etdiyi etiraz aksiyası keçirilib. Qarışıq döyüş ustası Həbib Nurmaqomedov "İnstaqram"dakı hesabında Şeyx Şamilə bənzəmədiyi üçün utandığını yazıb.

İctimai xadim və teleaparıcı Maksim Şevçenko videoçıxışında Kadırovu tənqid edib, deyib ki, Şeyx Şamil haqqında o cür danışandan sonra "Ramzan geri durub". İkinci videosunda Şevçenko Çeçenistan parlamentinin spikeri Maqomed Daudovun ona zəng vurduğunu və bunları dediyini qeyd edib: "O sərt sözlər, əlbəttə ki, hər bir qafqazlıya, hər bir kişiyə ağır gələn sözlərdir və mən, əlbəttə ki, onları geri götürməyə hazıram".

"Mənə nömrəni yaz"

Az sonra Ramzan Kadırov özünün "İnstaqram" səhifəsində canlı efirə çıxıb, onu tənqid edənləri şeytan adlandırıb, deyib ki, belələrini ancaq güllə susdura bilər: "Bilirsiniz hara cəhənnəmə olun? Uzağa. Yer və vaxt təyin edin, görək, kim kimdir".

Çeçenistanın rəhbəri deyib ki, şərh yazanlara "Mənə nömrəni yaz" deyə cavab yazan kimi onlar səhifələrini bağlayırlar: "Bir neçəsini gətizdirdim, diz üstə çöküb dedilər ki, Ramzan, sən bizim qəhrəmanımızsan, sənin kimisi bütün Qafqazada yoxdur". Həmin efirdə Kadırov Şeyx Şamilin Çeçesitana fayda vermədiyini bir daha təkrarlayıb.

"Siz Dağıstana hücum edən Şamil Basayevi terrorist adlandırırsınızsa, biz respublikamıza soxulub 19 il vuruşan birini necə adlandırmalıyıq?" deyən Kadırov dağıstanlılara təklif edib ki, gəlib etiraz aksiyasını Çeçenistanda keçirsinlər. Onun çağırışına Rusiyanın Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Qurbanov reaksiya verib. O deyib ki, Qroznıya getməyə hazırdır.

Elə sabahısı gün Çeçenistana yol düşən Qurbanov regionun lideriylə görüşüb, sonra da onunla müsahibəsini özünün "YouTube" kanalında yerləşdirib. Kadırov Qurbanova deyib ki, sözlərindən imtina etmir; onları dağıstanlılara yox, onu, onun atasını və çeçen xalqını təhqir edən "düymə qəhrəmanlarına" ünvanlayır.

BBC-yə müsahibəsində Qurbanov deyib ki, suallar əvvəldən razılaşdırılmayıb, müsahibə birdən başlayıb və dörd saat yarım davam edib. O, Kadırovla görüşə getməsinin səbəbini korrupsiya ittihamlı həbslərdən sonra Dağıstan rəbərliyinin darmadağın olmasıyla izah edib:

"Şeyx Şamillə bağlı Dağıstanın mövqeyini bəyan edəcək adam qalmayıb. Bizim hakimiyyətdə milli qəhrəmanlarımızla fəxr edərək böyüyən milli elitamız təmsil olunmayıb. Hamısı gəlmədir - Vasilyev, Zudnov, İvanov. Onlar Şeyx Şamilin təhqir olunmasına cavab verə, buna görə hesab soruşa, bunu müzakirə edə bilməzlər".

Qəhrəman, yoxsa satqın?

Ruslan Qurbanov Çeçenistan rəhbəriylə söhbətin gərgin keçdiyini deyir. O, Kadırovun niyə məhz indi Şeyx Şamil haqqında danışmaq qərarına gəldiyini izah edir: "Kadırov deyir ki, Dağıstana Çeçenistan tərəfdən girən silahlıların məğlub ediləməsini hər il orda bayram kimi qeyd edirlər və hər il də onlara çeçen terrorçuları deyirlər, bu isə onu qəzəbləndirir".

Qurbanovla söhbətində Ramzan Kadırov 1999-cu ilin avqust hadisələrini belə təsvir edib: əvvəlcə Dağıstana yerli silahlılar basqın ediblər, sonra onlar Şamil Basayevdən yardım istəyiblər. Federal qüvvələr silahlıları Çeçenistana qovub və hərbi əməliyyatların aktiv fazası artıq orda davam edib.

"Kadırov deyir ki, silahlılar Dağıstanda tamamilə məhv edilmişdilərsə, onlar Çeçenistanda kimlərlə vuruşublar?" - Qurbanovun sözlərinə görə, Çeçenistan rəhbəri "İkinci Çeçen Müharibəsi"nə (1999) səbəb olmuş hadisələrlə bağlı təsbitlərin dəqiq olması məsələsini qabardır.

Qurbanov həmçinin qeyd edir ki, Kadırov çar hakimiyyətinin fəxri əsirlik şərtlərini qəbul edən Şeyx Şamilin qəhrəman hesab olunması, amma onun və atasının sosial şəbəkələrdə satqın adlandırılması arasındakı fərqə diqqət çəkir.

Əhməd Kadırovla Şeyx Şamili çeçen bloqçu Tumso Abdurəhmanov müqayisə edib. Abdurəhmanov deyir ki, Ramzanın sözləri onu təəccübləndirir, axı onun atası da təxminən eyni şeyi edib: "Niyə təxminən deyirəm? Çünki təslim olan Şeyx Şamildən fərqli olaraq sənin atan könüllü olaraq Rusiya tərəfə keçib". O, Əhməd Kadırovun xristianları "it" adlandırdığı və dağıstanlıları, o cümlədən, bütün Rusiya əhalisini doğruları deməyə səslədiyi videomateriallardan istifadə edir.

Ruslan Qurbanovun Ramzan Kadırovla müsahibəsinin tam mətni internetdə avqustun 18-də dərc olunub.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Hamısı