Rusiyada, “Magellan” gəmisində azərbaycanlı dənizçilər bunt qaldırdı "Son varianta əl atacaqlar"

Siyasət 17:35 29.08.2019

Hazırda Azov limanında həbsdə olan “Magellan” gəmisindəki 8 azərbaycanlı dənizçidən ikisi aksiya keçirir. Bir ildən artıqdır ki, gəmidə olan dənizçilər bununla diqqəti özlərinə cəlb etmək niyyətindədirlər.

Eurasia Diary xəbər verir ki, bu barədə “Don-24” saytı məlumat yayıb.

Mənbənin yazdığına görə, Dənizçilərin Həmkarlar Təşkilatında da problemdən xəbərdardırlar.

Təşkilatdan verilən məlumata görə, ötən şənbə günündən etibarən  “Magellan” gəmisinin baş mexaniki və üçüncü mexaniki etiraz aksiyası keçirirlər. Onlar gəmi sahibi tərəfindən göndərilən təmir xidmətləri nümayəndələrini mühərrik otağına buraxmaqdan imtina edirlər. Buna səbəb isə dənizçilərin fevral ayından bəri maaş almamalarıdır. Ümidsizliyə qapılan dənizçilər bu gedişlə aclıq aksiyası keçirməyə hazır olduqlarını bildiriblər. Dənizçilərin Həmkarlar Təşkilatı bu problemin qarşısını almaq üçün mümkün olan hər şeyi etdiyini bəyan edib.

“Biz artıq bu məsələlərlə məşğuluq. Bütün hakimiyyət orqanlarına məktublar yazılıb, Beynəlxalq Əmək Təşkilatına (BƏT) bu gün və ya sabah məktubu göndərəcəyik. Gəmi naviqasiyasının təhlükəsizliyinə və dənizçilərə vaxtında pulun ödənilməsinə cavabdeh olan müxtəlif təşkilatlara məktublar göndəririk. Onların gəmi sahibi və kirayəçisi ilə problemləri var. Amma onlara çatacaq pulun kimin ödəməsinin əhəmiyyəti yoxdur, bu köhnə, yeni və ya gələcək gəmi sahibi ola bilər, bizim üçün əsas olan dənizçilərə pul almaqda kömək etməkdir ", - Rusiya Dənizçilərin Həmkarlar Təşkilatının Azov-Don üzrə nümayəndəsi Leonid Qluşak deyib.

"Magellan" gəmisi daşıdığı yükün Rostov gömrükçüləri tərəfindən həbs olunması barədə protokola əsasən ötən ilin iyun ayından etibarən Azov limanında saxlanılır. Ekipaj üzvlərinin hamısı Azərbaycan vətəndaşıdır. Gəminin icarədarı bir neçə dəfə borcunu ödəməyə söz versə də, lakin öhdəliklərini yerinə yetirməyib. Şirkət bunu gəminin saxlanmasına görə təqribən 1 milyon dollar zərərə düşdüyü ilə əsaslandırır.  Həmçinin gəmi rəhbərliyi dənizçilərin əməyinin istismarı ilə bağlı ittihamları da rədd edir.

Gəminin sığorta şəhadətnaməsinin müddətinin başa çatması vəziyyəti bir qədər də mürəkkəbləşdirir. İndi dənizçilərini sığorta şirkətinin hesabına qaytarmaq və onlara dörd aylıq maaş vermək mümkün deyil. Artıq bu gəmi Beynəlxalq Əmək Təşkilatının forması üzrə atılmış gəmilər siyahısına daxil olub.

“Magellan” quru yük gəmisi Sant Vinsent və Qrenadina adlı ada dövlətinin (Karib dənizində yerləşir) bayrağı altında üzüb, 1993-cü ildə inşa edilib. Gəminin hansı şirkətə məxsus olduğu və kim tərəfdən fraxtə edildiyi barədə məlumat yoxdur.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı