İŞİD-in yeni lideri türkmən Abdullah Qardaş kimdir? DOSYE

Siyasət 11:45 30.08.2019

ABŞ hökuməti onun ələ keçirilməsi üçün lazımi informasiyanı verəcək şəxsə 5 milyon dollar mükafat təyin edib

İŞİD lideri Əbubəkr əl-Bağdadi öz yerinə xələfini təyin edib. Bəzi məlumatlara görə, Bağdadi 2018-ci ildə Suriyanın Deyr əz-Zor vilayətində hərbi əməliyyatlar zamanı ağır yaralanıb, bədəninin bir hissəsi iflic olub. Bu səbəbdən də İŞİD lideri öz xələfini müəyyən edib. Bu, İraq türkmənlərindən olan Abdullah Qardaşdır.

Bağdadinin fərmanına əsasən, İŞİD lideri ölərsə, o zaman Abdullah Qardaş avtomatik olaraq İŞİD-in yeni lideri olacaq. Mənbələrin bildirdiyinə görə, Qardaş “Əl-Qaidə”nin liderlərindən olub, həmçinin İraqda Buka həbsxanasında zindan həyatı yaşayıb.

Türkmən əsilli Abdullah Qardaş 1976-cı ildə İraqın Mosul vilayətinə bağlı türkmən şəhəri olan Telaferdə dünyaya gəlib. Əsl adı Əmir Məhəmməd Səid əl-Mövladır. Qardaş Mosul Universitetində ilahiyyat təhsili alıb. Din dərsləri deyib. Bu səbəbdən də “ustaz”, yəni ərəbcə müəllim kimi ləqəbi alıb. Daha sonra İraqda qurulan “Əl-Qaidə”nin yerli qanadına qoşulub və burada 2000-ci illərin əvvəllərində İŞİD-in gələcək lideri ilə həbsxanada tanış olub. Onun atasının Mosul məscidlərindən birinin imamı olduğu bildirilir.

“Əl Qaidə” terror təşkilatında fəaliyyət göstərmiş Qardaş sonralar İŞİD lideri Bağdadinin müavini Əbu Əlaa əl-Əfrinin adamı olub. İŞİD 2014-cü ildə İraqın Mosul şəhərini ələ keçirəndə Bağdadini təbrik edən ilk şəxs məhz Qardaş olub. 2016-cı ildə əl-Əfri həlak olduqdan sonra Abdulla Qardaş İŞİD liderinin “sağ əli”nə çevrilib.

İraq kəşfiyyatının rəsmiləri Qardaşı amansız terrorçu kimi xarakterizə edirlər. Eyni zamanda o da iddia olunur ki, bəzi İŞİD liderləri Qardaşı qorxaq, döyüş meydanından qaçan adam adlandırır. Ancaq ərəb mətbuatı Qardaşı küçə müharibələrinin əsas komandirlərindən biri adlandırır.

ABŞ hökuməti Abdullah Qardaşın ələ keçirilməsi üçün lazımi informasiyanı verəcək şəxsə 5 milyon dollar mükafat təyin edib. Abdullah Qardaş terrorçu fəaliyyətləri, eləcə də İraqda yezidi kürdlərə qarşı qətliamlara haqq qazandırmaq, İraq və Suriya bir sıra terror aktlarına rəhbərlik etməkdə ittiham edir.

Bağdadinin qardaşı ile ilgili görsel sonucu

Abdullah Qardaşın Məhəmməd Səid adlı oğlu və hazırda Türkiyədə yaşadığı güman edilən Adil Məhəmməd Səid adlı qardaşı var.

Bir sıra ekspertlərə görə isə Bağdadi Qardaşı özünə dəstək qazanmaq və ona qarşı olacaq tənqidləri azaltmaq üçün varis elan edib. Çünki 4 ildən çoxdur ardıcıl olaraq məğlubiyyət yaşayan İŞİD liderinin nüfuzu sürətlə azalır. Lakin Bağdadinin xələfinin səlahiyyətləri xeyli dərəcədə məhduddur. Belə ki, Bağdadi Qardaşa yalnız İraqda- hansı ki, İŞİD hazırda orada yalnız kiçik qruplarla itirilmiş ərazilərini geri almaq adına müqavimət göstərir - silahlı mübarizə, təhsil, kənd təsərrüfatı kimi sahələri tapşırıb. Digər tərəfdən, Qardaş yerli iraqlı olduğu üçün onun gəlmələrlə münasibətlərində ciddi soyuqluq var. Onun əsas dəstəkçiləri yerli iraqlılardır. Bəlkə də Bağdadi məhz ağır məğlubiyyət daşıyan iraqlı terrorçuları öz yanında saxlamaq üçün türkmən əsilli Abdullah Qardaşa “stavka” edib.

Xatırladaq ki, bu il aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin 5 illik fasilədən sonra videosu yayılıb. Bundan əvvəl Bağdadi sonuncu dəfə 2014-cü ilin iyulunda görünüb. 2014-cü il iyunun 29-da Mosulda qədim məsciddə xütbə oxuyaraq xilafət elan edən İŞİD lideri sonrakı illərdə görünməmişdi. Ötən müddətdə isə Bağdadinin 5 dəfə “öldü” xəbəri yayılıb.

Bağdadinin qardaşı ile ilgili görsel sonucu

İŞİD liderinin “Teleqram” şəbəkəsində yayılan 18 dəqiqəlik video çoxlu sayda mesajlar və əlbəttə ki, qruplaşma üzvləri və tərəfdarlarında ruh yüksəkliyi yaratmaq üçün xüsusi hazırlanıb. Eyni zamanda bu video bir sıra mesajları ilə yadda qalıb.

Ancaq bundan sonra internetdə Bağdadinin əllərini tərpətdiyi, sənədləri çeşidlədiyi, tək əlinin göstərdiyi barmağı ilə tövhid əlaməti təsvir etdiyi videolar ortaya çıxdı. Ancaq sonuncu videoda diqqət çəkən məqam İŞİD liderinin əvvəlki kimi hərəkət etməməsi, davamçıları qarşısında dayanmadığı, yerdə oturması idi. Analitiklər terrorçunun dəri rəngindəki bir dəyişikliyi də qeyd edirlər - onun çox qırmızı üzü var, lakin qeyri-adi ağ əlləri var. Buna görə də bir sıra terror ekspertləri Bağdadinin ağır yaralı olduğu, hətta ayaq üstə gəzmək imkanında olmadığını bildirirlər.

İraq kəşfiyyatının məlumatına görə, Bağdadi hazırda Suriyadadır. Hazırda İŞİD liderini ona sadiq qalan üzvləri qoruyurlar. Ekstremistlərin liderinin əsas vəzifəsi təşkilat sıralarında parçalanmanın qarşısını almaq, həmçinin casuslarla mübarizədir.

Bağdadinin qardaşı ile ilgili görsel sonucu

Xatırladaq ki, 2014-cü ildə İraqın ikinci böyük şəhəri Mosulu işğal etdikdən sonra İŞİD lideri Mosulun min ildən çox yaşı olan qədim məscidində xütbə oxuyaraq “İslam Dövləti”, xilafət elan edib. Bundan sonra isə o görünməyib. Ötən müddətdə 5 dəfə “öldü” xəbəri yayılan Bağdadi sağ qalmağı bacarıb. Bundan əvvəl isə onun öz yerinə iki dəfə “təyinat” olub.

Birinci dəfə 2014-cü ilin noyabrında İŞİD liderinin ölüm xəbərinin yayılmasından sonra Qərb mətbuatında Səddam Camal adlı İŞİD üzvünün qruplaşmanın yeni lideri seçilməsi haqqında xəbər yayılıb. Hətta mətbuatda Səddamın keçmiş narkotik alverçisi olduğu xəbərləri də yayılıb. Ancaq bu məlumat təsdiqini tapmayıb.

2015-ci ilin yayında isə növbəti dəfə İŞİD-in yeni liderinin seçilməsi xəbəri yayılıb. Həmin vaxt Əbu Ala əl-Afri ləqəbli, əsl adı isə Əbdürrəhman Mustafa əş-Şeyxlar olan şəxsin İŞİD-in yeni lideri elan olunduğu bildirilirdi.

Daha sonra məlum oldu ki, əl-Afri ləqəbli şəxsin əsl adı Mustafa Kaddodur. Mustafa Kaddo və ya əl-Afri Telafer şəhərində orta məktəbdə ilahiyyat dərsi deyib, eyni zamanda Telafer bazar meydanında məsciddə moizələr edib. Daha sonra “Əl-Qaidə”yə qoşulan əl-Afri sonradan İŞİD liderinin ən yaxın adamına çevrilmişdi. Ancaq əl-Afrinin İŞİD lideri seçilməsi xəbəri də təsdiqlənmədi, o, Bağdadinin əsas yardımçılarından biri kimi fəaliyyət göstərdi.

Bu mənada İŞİD liderinin yeni varisinin də diqqət yayındırmaq və təşkilat daxilində dəstək qazanmaq üçün seçildiyini demək olar.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:53 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
13:46 25.04.2024
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdı
13:40 25.04.2024
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
Şəhərinizin memarlığına heyran oldum- -Özbək jurnalisti-VİDEO
13:00 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Hamısı