Qardaş Türkiyə Respublikasının 30 avqust Zəfər Bayramı Bakıdakı Türk Şəhidliyi abidəsi qarşısında keçirilən mərasimdə təntənə ilə qeyd edilib.
Eurasia Diary xəbər verir ki, mərasimə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) başqanı Hüseyin Böyükfırat, Bakı Türk Anadolu liseyinin idarə heyəti üzvləri, müxtəlif iş adamları, Azərbaycan və Türkiyədən olan dövlət məmurları, müxtəlif ictimai xadimlər və başqaları qatılıb.
Səfir E.Özoral bayram münasibətilə çıxışında bildirib:
"Fəxri komandan, böyük öndər Atatürkün öndərliyində böyük dirçəlişin 97-ci ildönümünü bu gün böyük bir qürurla qeyd edirik. Bu bayramı bizlərə ərmağan edən başda Qazi Mustafa Kamal Atatürk olmaqla vətən uğrunda həyatlarını itirən əziz şəhidlərimizin xatirələri qarşısında bu gün yenidən hörmətlə əyilirik. Ruhları şad olsun! Bayramınız mübarək olsun!"