Ermənistan məxfi sənədləri yaydı "Naxçıvana tərəf erməni polkları irəliləyir"

Siyasət 15:18 30.08.2019

Ermənistanın Milli Təhlükəsizlik Xidməti 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin İrəvandakı səfiri olmuş görkəmli diplomat Məhəmməd Xan Təkinskinin məxfi yazışmalarını mətbuata açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Xan Təkinskinin Bakıya göndərdiyi şifrəli, məxfi diplomatik teleqramlarda ermənilərin Naxçıvanı ələ keçirməyə yönəlmiş hərbi-diplomatik addımları barədə məlumatlar əksini tapıb.

Milli Təhlükəsizlik Xidməti bildirir ki, 1919-cu ilin payızında Azərbaycan diplomat adı altında “qatı millətçi” Xan Təkinskini Ermənistana göndərib. Və həmin gündən etibarən Ermənistanın təhlükəsizlik orqanları Təkinskini izləyib, onun şifrəli teleqramlarını ələ keçirib və deşifrə edib.

 

Həmin teleqramlara əsasən Təkinski Ermənistanın müxtəlif sferaları, o cümlədən erməni ordusunun strukturu və silahları barədə məxfi məlumatları Bakıya ötürüb.

“Təkinski Naxçıvanın və Şərurun Ermənistana birləşdirilməsinə hər cür maneə yaradıb, teleqramların köməyi ilə öz hökumətinə Ermənistanın cənub və digər regionlarındakı hərbi-siyasi vəziyyət barədə informasiyaları ötürüb. O, habelə tatarlarla (indiki Ermənistanda  o dövrdə yaşayan azərbaycanlılar,-red) gizli əlaqələr saxlayıb, onları üsyana təhrik edib. Məxfi yazışmaların bir hissəsi silahlı qüvvələrə aid olub, qoşunların sayı, növləri, silahları və digər mühüm elementlər barədə məlumatlar göstərilib. Casusu izləyərək və onun fəaliyyətini araşdıraraq Ermənistan hökuməti Azərbaycandan Təkinskini geri çağırmağı tələb edib”,-məlumatda deyilir.

Məsələn, Xan Təkinskinin Bakıya, baş nazirə və xarici işlər nazirinə göndərdiyi məxfi teleqramlardan birində deyilir: “Naxçıvan istiqamətində erməni polkları hərəkət edir. Ermənistana təzyiq göstərmək üçün bunu lazım bilirəm ki, təcili olaraq bizim polklarımız Ermənistanla sərhədə yeridilsin. Naxçıvan rayonunun  əhalisi ingilislərin ermənilərin xeyrinə fəal müdaxiləsindən çəkinir və müqavimət göstərməyə hazırdır. Mayın 2-də general Devi İrəvandan Naxçıvana yola düşüb. Dilicanda ancaq dördüncü polk tam olmayan tərkiblə dayanıb. 4 may, 1919-cu il. Diplomatik nümayəndə Təkinski”.

Digər teleqramda isə Təkinski bildirir: “Mənim aprelin 29-da göndərdiyim teleqrama təcili cavab verin. Naxçıvanlılar məndən soruşur ki, ermənilərə qarşı müqavimətə başlasalar onların köməyinə kimlər və necə gələcək”.

Məhəmməd Xan  Təkinski – o, 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axaltəki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatıb, Kəngərlilər nəslinin ən qüdrətli nümayəndələrindən biri olan II Ehsan xanın oğulluğu olub. O vaxtkı Çar Rusiyasında hüquq təhsili alıb, mənbələrdə Təkinskinin 1918-ci ilə qədər olan fəaliyyəti barədə məlumatlar yox dərəcəsindədir.

Lakin Azərbaycan Demokratik Respublikası qurulanda Təkinski bir müddət xarici işlər nazirinin əvəzi işləyib. Daha sonra 2019-cu ildə İrəvana diplomatik nümayəndə təyin edilib. Həmin ilin sonunda Bakıya geri çağırılıb, xarici işlər nazirinin müavini təyin olunub.

Yeddicildlik Azərbaycan tarixinin beşinci cildində isə Azərbaycan Respublikası Dövlət Arxivinin sənədinə əsasən  bunlar yazılır: “Azərbaycan parlamentininın üzvü Məhəmməd xan Təkinski 1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdir”.

Kitabın müəlliflərindən biri “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” məqaləsində Təkinskinin Naxçıvanın qorunması uğrunda apardığı diplomatik mübarizələrlə bağlı yazır: “Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. ...M. Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər. Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında da M.Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi”. 

Ermənistan xüsusi xidmət orqanlarının Təkinski ilə bağlı məxfi sənədləri niyə məhz indi açıqlaması maraq doğurur.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
Hamısı