Yeltsin Qarabağın işğalına niyə şərait yaratdı? İlk dəfə açıqlanan faktlar

Siyasət 17:06 30.08.2019

Milli azadlıq hərəkatının fəallarından olmuş “Şimal Xəbərləri” qəzetinin baş redaktoru, Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Azərbaycan torpaqlarının işğalına dair maraqlı detalların açıqlandığı məqalə ilə çıxış edib.

Eurasia Diary publika.az-a istinadla həmin məqaləni təqdim edir:



“Əvvəldən başlayıram. 1991-ci ilin avqustunda baş vermiş hərbi qiyamın (QKÇP) əsas məqsədi Sovet İmperiyasını qoruyub saxlamaq idi. Həmin ayın 19-da səhər yuxudan oyanan sovet vətəndaşları Sovet İttifaqı Teleqraf Agentliyinin bəyanatını eşidib şoka düşdülər. Dövlət çevrilişi baş vermişdi. Mətndə bildirilirdi ki, Mixail Qorbaçov xəstələndiyi üçün prezident səlahiyyətləri ondan alınaraq vitse-prezident və yeni yaradılmış Dövlət Fövqəladə Vəziyyət Komitəsinin (QKÇP) sədri Gennadi Yanayevə verilir. Yanayevlə birlikdə komitəyə müdafiə şurası sədrinin birinci müavini Oleq Baklanov, DTK sədri Vladimr Kryuçkov, baş nazir Valentin Pavlov, daxili işlər naziri Boris Puqo, kəndlilər ittifaqının sədri Vasili Starodubsev, dövlət müəssisələri assosasiyasının prezidenti Aleksandr Tizyakov və müdafiə naziri Dimitri Yazov da daxil idilər. SSRİ Ali Sovetinin sədri Anatoli Lukyanov da QKÇP-ni dəstəklədi. Vəziyyət çox ağır idi, vətəndaş müharibəsi başlaya bilərdi. Tezliklə Moskvaya yeridilən qoşun hissələri strateji məntəqələri tutaraq dayandı. Bu zaman Rusiya prezidenti Boris Yeltsin Moskvada QKÇP əleyhinə izdihamlı mitinqlərə başladı. Ertəsi gün üç aksiyaçı öldürüldü. Avqustun 21-də isə QKÇP üzvləri həbs edildilər, çox çəkmədən daxili işlər naziri B.Puqo özünü güllələdi. Yeltsin bu mübarizədən qalib çıxdı. Bəs necə oldu ki, Rusiya prezidenti paytaxta daxil olaraq aksiya keçirməyə nail oldu? Bir çox mənbələrdə göstərilir ki, bu məsələdə Yeltsinə DTK sədrinin müavini, birinci baş idarənin rəisi Leonid Şebarşin kömək edib. Onun “Alfa” xüsusi təyinatlılarına mitinqi dağıtmamaq barədə göstəriş verdiyi yazılır. Həqiqətən də bu şəxs QKÇP zamanı aksiyaçıların tərəfinə keçib. Lakin doğrudanmı Boris Yeltsin paytaxta gələrkən onu nə gözlədiyini bilmirdi?

İllər öncə Rusiyada olarkən çox mötəbər və məlumatlı mənbədən aldığım informasiyaya görə, QKÇP yaradılan gün Boris Yeltsin Moskva ətrafında olub. Bununla belə, paytaxt əhalisini mitinqə çağıra bilib. Təbii ki, QKÇP rəhbərliyi məsələdən xəbər tutub. Lakin SSRİ DTK-nın 7-ci idarəsi (Narujka) rəisinin birinci müavini, general-mayor Valeri Badamyans çox məxfi şəkildə Boris Yeltsinlə əlaqə yarada bilib. O, Rusiya prezidentini xəbərdar edib ki, onun həbsi ya da məhv edilməsi barədə göstəriş var. SSRİ Hava Desant Qoşunlarının komandanı və sonradan Rusiya müdafiə nazirinin birinci müavini vəzifəsində işləyən Pavel Qraçov da eyni hərəkəti edir. Onun tabeliyindəki hissələr hərbi çevriliş planını pozurlar. Belə bir vəziyyətdə Boris Yeltsin gizli yolla paytaxta daxil olur və tankın üzərinə çıxaraq aksiyaçılar qarşısında çıxış edir.

Aylar ötür, əfqan xalqına divan tutan və buna görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Pavel Qraçov Rusiya prezidenti Boris Yeltsin tərəfindən müdafiə naziri təyin edilir. Valeri Badamyans isə “KQB”-nin xeyir-duası ilə böyük biznes imperiyası qurur, “Keriban” QSC-ya baş direktor təyin edilir və bir neçə şirkətin rəhbəri olur. 2004-cü ildən sonra Rusiya xüsusi xidmət orqanlarından təqaüdə çıxmış veteranları birləşdirən Ümumrusiya İctimai Fondunun şura üzvü də seçilir.

QKÇP zamanı Azərbaycan paytaxtında baş verən hadisələr də xüsusi diqqət çəkirdi. Belə ki, həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi, prezident Ayaz Mütəllibov İranda səfərdə olarkən QKÇP-ni dəstəkləyən bəyanat verdi. Bununla da siyasi cəhətdən savadsızlığını və başçılıq etdiyi dövlətin yerini göstərdi. Hərbi qiyamdan dərhal sonra Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, AXC sədri Əbülfəz Elçibəyin rəhbərliyi ilə Moskvaya Boris Yeltsini dəstəkləyən teleqram vuruldu. Ayaz Mütəllibovsa daha mürtəce mövqe nümayiş etdirdi. Avqustun 23-də Əbülfəz Elçibəyin və AXC-dən olan millət vəkillərinin başçılığı ilə Bakının keçmiş Sovetski küçəsində yerləşən AXC qərargahı önündə mitinq təşkil edildi. Mən və bacım Yeganə də oradaydıq. Qaldığımız ev qərargaha yaxın idi. Çox keçməmiş Ayaz Mütəllibovun tərəfdarları olan “Qardaşlıq” və “Tövbə” cəmiyyətlərinin üzvləri çoxsaylı milis işçilərinə qoşularaq aksiyaçılara hücum etdilər. Mülki geyimli mütəllibovçular armaturlarla və taxta dəyənəklərlə silahlanmışdılar. Əbülfəz Elçibəyin başı yarıldı və böyrəklərinə ciddi xəsarət yetirildi. Sabir Rüstəmxanlı, Pənah Hüseyn, Bakı kəndlər birliyinin sədri Nəsir Ağayev və başqaları çox ciddi yaralandılar. Pənah Hüseynin qolu sındırıldı, Sabir Rüstəmxanlının başı yarıldı. Əllidən çox aksiyaçı müxtəlif dərəcəli bədən xəsarəti aldı. Mitinq iştirakçılarının əlindən yerə salınan Boris Yeltsinin şəkilləri də qana bulandı. Bu AXC-yə qarşı törədilən ən böyük vəhşiliklərdən biri idi. İmperiya köləsi Ayaz Mütəllibov belə hərəkəti ilə sonrakı rus imperiyası başçısının gözündən birdəfəlik düşdü.

Hadisələrin qızğın vaxtında Naxçıvanda olan Heydər Əliyev “Azadlıq” radiosuna müsahibəsində QKÇP-ni kəskin pislədi və AXC-ni müdafiə etdi. O, eyni zamanda Azərbaycana rəhbərlik edən A. Mütəllibovu mürtəce və cinayətkar adlandırdı. Təbii ki, A.Mütəllibov Kremlin siyasətini Heydər Əliyevdən yaxşı bilə bilməzdi. Təcrübəli siyasətçi hələ QKÇP-dən əvvəl SSRİ-nin dağılacağı proqnozunu vermişdi. Hərbi qiyamın nəticəsi Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi.

Maraqlı bir sual ortalığa çıxır. Bəs niyə Boris Yeltsin QKÇP zamanı ona dəstək verən AXC hakimiyyətini müdafiə etmədi? Bunun üçün ciddi təhlilə ehtiyac yoxdur. Boris onu ölümdən xilas edən, ermənilərin SSRİ KQB-nin əfsanəsi və “görən gözü” adlandırdıqları V.Badamyansa və onun tərəfdarlarına borclu idi. Elə hakimiyyəti illərində də erməni mafiyası ilə sıx təmaslar qurmuşdu. Digər tərəfdən, müdafiə naziri Pavel Qraçov heç də indi Rəhim Qazıyevin iddia etdiyi kimi Azərbaycanın dostu deyil, əsl düşməni idi. Ermənilərin əhatəsində ölkəmizə qarşı məkrli planlar quran və cinayətlərin başında duran Pavel Sergeyeviç ömrünün sonunadək daşnaklara sədaqət bəsləyib. Şuşanın və Laçının işğalı, Xocalı qətliamı, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun ermənilərə təhvil verilməsi Qraçovun Ermənistan qarşısındakı xidmətləridir. Lakin 1993-cü ilin 4 iyununda Boris Yeltsinin, Pavel Qraçovun, Badamyansların və digərlərinin Azərbaycanı tam işğal etmək üçün qurduqları plan boşa çıxdı. Millətinin azadlığı üçün canından keçməyə və bu yolda prezident kürsüsünü düşünmədən təhvil verməyə hazır olan Əbülfəz Elçibəy Kreml divarlarını onun sahibindən daha yaxşı tanıyan, bizlərə daim yuxarıdan aşağı baxanların xislətlərini gözəl bilən dövlət adamı Heydər Əliyev və Türkiyə siyasətində “Yıxılmaz qala” kimi tanınan Süleyman Dəmirəlin BÖYÜK DÖVLƏT OYUNU sayəsində Azərbaycan müstəqilliyini itirmədi”.

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Hamısı