Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ona qarşı irəli sürülən ittihamların Konstitusiyaya uyğunluğu barədə müraciəti ilə bağlı Yerevanda iclas keçirən Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb.
R.Koçaryanın 100-dək tərəfdarı onu dərhal azadlığa buraxmağı tələb edir.
“Report” xatırladır ki, iyunun 25-də Apellyasiya Məhkəməsinin qərarı ilə həbs edilən R.Komaryana qarşı 2008-ci il prezident seçkilərindən sonra kütləvi iğtişaşlarla bağlı Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq ittihamları irəli sürülüb.