“Bağışlayın, çox şey danışa bilmərəm”
Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan işğal altında olan Xankəndi şəhərində baş tutan mətbuat konfransı zamanı fərari erməni əsgər barədə danışarkən deyib.
Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti ilə birbaşa işləyirlər.
“Qırmızı Xaç Komitəsi də bu məsələdə vacib rol oynayır", - deyə Mnatsakanyan bildirib.
Mnatsakanyan, həmçinin bildirib ki, mümkün həlləri tapmaq üçün bütün səyləri maksimal dərəcədə tətbiq edəcəklər.(ordu.az)