Bu gün Qarabağ münaqişəsinin həlli də "kolxoz malı"na dönüb. Eurasia Diary xəbər verir ki, bunu Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov deyib.
Azərbaycanda sırf Qarabağ münaqişəsi ilə məşğul olan qurumun yaradılmasına ehtiyac var. Azərbaycan müharibə şəraitindədir və 20% torpağımız işğal altındadır. Ancaq ölkəmizdə elə bir dövlət məmur yoxdur ki, onun aldığı məvacib sırf Qarabağ münaqişəsinin həlli ilə bağlı olsun. Yəni bu sahədə işləri koordinasiya edən mexanizmlər hələ yaranmayıb.
Daha ətraflı videoda izləyin: /faktor.az/