"Az qalıb, yaxın vaxtlarda Azərbaycan öz sözünü deyəcək” AÇIQLAMA

Siyasət 17:56 03.09.2019

Dünən Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində separatçıların elan etdiyi qondarma “DQR”in “müstəqillik günü” keçirildi. 28-ci ildönümlərini qeyd edən separatçılar, o cümlədən Xocalı canisi, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Azərbaycan əleyhinə sərsəm bəyanatları ilə də yadda qaldılar.

Serjik həyasızcasına bildirdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycana verilməyəcək.

Qeyd edək ki, Sərkisyanın bu bəyanatından öncə Ermənistanın Baş Naziri Nikol Paşinyan da Xankəndidə qanunsuz səfəri zamanı bəyan etmişdi ki, “Dağlıq Qarabağ Ermənistandır”.

Həm Paşinyanın, həm də Sərkisyanın bu cür açıqlamalarından sonra Ermənistanla sülh danışıqlarını davam etdirməyin bir mənası varmı?

Eurasia Diary bu sualla Milli Məclisin deputatlarına müraciət edib.

Deputat Elman Məmmədov öncə qeyd etdi ki, ermənilər 1991-ci ildə qeyri-qanuni separatçı cinayətkar qurumu elan ediblər.

“Özlərinə belə gəlir ki, bir qurum, dövlət yaradıblar. Müvəqqəti bir haldır. Azərbaycan ərazilərini həmin separatçılardan, terrorçulardan, işğalçılardan tamamilə  təmizləyəcək, ərazi bütövlüyümüz təmin olunacaqdır. Qarabağ təbii ki, Azərbaycanın tarixi torpağıdır. Tək Qarabağ yox, Ermənistan deyilən dövlət də Azərbaycanın torpaqlarıdır. Mənə elə gəlir ki, bu separatçılıq, işğalçılıq artıq ömrünü başa vurmaqdadır. Kifayət qədər dözdük, gözlədik ki, bu ədalətsiz beynəlxalq qurumlar, ədalətsiz həmsədr dövlətlər bir danışıqlar yolu ilə bu işğalçıları yola gətirəcəklər. Ancaq görürük ki, olmadı. Ona görə də, Azərbaycan özünün bütün səlahiyyətlərindən, hüququndan istifadə edərək, beynəlxalq hüquqa əsaslanaraq, ərazilərini işğaldan azad etmək üçün hərəkətə keçməlidir. Cənab Prezidentimizin hər zaman bəyan etdiyi kimi ərazi bütövlüyümüzü təmin edəcək, sərhədlərimiz bərpa olunacaqdır. Yəni biz Birləşmiş Millətlər Təşkilatına (BMT) hansı ərazi ilə, hansı sərhədlər ilə qəbul olunmuşuqsa, həmin ərazimiz, həmin sərhədlərimiz bərpa olunacaq, Azərbaycana qarşı cinayət törətmiş bütün törtöküntü separatçılar, terrorçular, işğalçılar müvafiq cəzalarına  çatacaqlar. Hələ ki, bu qısa müddətdə nə sərsəm hərəkət edirlər etsinlər. Az qalıb, yaxın vaxtlarda Azərbaycan sözünü deyəcək”.

E.Məmmədov bu şəraitdə Ermənistanla aparılan danışıqların əleyhinə olduğunu da bildirdi.

“Mənə belə gəlir ki, Ermənistanla danışıqlara son qoymaq lazımdır. Bu fikirdə olan adamlarla danışığa getmək əhəmiyyətsizdir. Biz danışığa bu şərtlə gedəcəyik ki, Azərbaycan öz hərbi gücünü istifadə etsin, hərəkətə keçsin və özlərinin havadarlarını, köməkçilərini köməyə çağıracaq Ermənistanı sülhə məcbur etsin. 2008-ci ildə Rusiya Gürcüstana “sülhə məcbur etmə variantı” ifadəsini işlətdi. Biz də həmin variantdan istifadə etməliyik və bunlar məcbur yalvara-yalvara danışıqlara gəlib, qələt etdiklərini etiraf edəcəklər. İndi hələ ki, nə deyirlər desinlər. Yəni ermənilər elə düşünürlər ki,  bu ərazilər onların olubdur. Ancaq tarixə baxsinlar ki, onların özləri, haradan köçürülüb torpaqlarımızda yerləşdiriliblər. Tarixə baxsınlar. Yəni heç bir əsası olmayan bəyanatlar səsləndirirlər. Bunlara son qoymaq üçün də yenə təkrar edirəm, Azərbaycan öz hərbi gücü vasitəsilə bunlara layiqli dərs verməlidir ki, ağılları başlarına gəlsin”.

Deputat Aydın Mirzəzadə isə bildirdi ki, Qarabağda baş verənlər Azərbaycana qarşı törədilən böyük bir cinayətin tərkib hissəsidir:

“Beynəlxalq ictimaiyyət buna göz yumur və beynəlxalq cəmiyyət işğalçı ilə işğal ediləni hələ 30 ildə ayıra bilmir. Digər tərəfdən, Ermənistan torpaqlarımızı işğal etməyi ilə heç nə qazanmadı, regional lahiyələrdən kənarda qaldı, Azərbaycan və Türkiyə kimi iqtisadi potensialı böyük olan ölkələrin imkanlarından istifadə edə bilmir, əhalisi durmadan köçür. Ermənistanda hər hansı bir inkişafdan perispektivdən danışmağa dəyməz. Ötən il Sarkisyanın hakimiyyətdən devrilərək Paşinyanın küçə zorakılığı ilə hakimiyyətə gəlməsi, Ermənistanın bu günkü vəziyyətini xarakterizə edir. Ona görə də, bir qrup insanın işğal edilmiş torpaqlarımızda özünə şənlik düzəltməsi hələ hər şey demək deyil. Torpaqları işğaldan azad edəcəyik, həmin torpaqlara qayıdacayıq və Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə bundan sonra da onu ağır fəsadlarını yaşayacaq”.

A.Mirzəzadə Paşinyanla Sərkisyanın verdiyi məlum bəyanatlara da münasibət bildirdi.

“Həm keçmiş, həm də indiki rəhbərlərin eyni sözü deməsi göstərir ki, Ermənistanda hakimiyyət və dövlətçilik fəlsəfəsi dəyişməyib, söz-söhbət sadəcə olaraq kreslo uğrunda mübarizədir. Qaldı ki, sarkisyanların, paşinyanların Dağlıq Qarabağla bağlı söylədikləri fikirlərə, onların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir”, - deyə deputat bildirdi.

Deputat Asim Mollazadə isə hesab edir ki, Ermənistan beynəlxalq ictimaiyyəti yenidən aldatmaq istəyir.

“Mən düşünürəm ki, Ermənistan beynəlxalq ictimaiyyəti yenidən aldatmaq istəyir. Guya ki, orda hansısa bir müstəqil bir qurum var. Lakin bir neçə gün bundan qabaq, Ermənistanın baş naziri  “Qarabağ Ermənistandır” demişdi və işğalı etiraf etmişdi. Bu öz-özlüyündə onu göstərir ki, bunlar öz oyunlarını da mütəmadi dəyişdirirlər. Beynəlxalq təşkilatlar mütləq öz etirazlarını bildirməlidirlər. Beynəlxalq hüquq normaları kobud surətdə pozulur, Ermənistan BMT, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələrinə zidd olaraq bu oyunu davam etdirir. Bu hadisələrə göz yummaq beynəlxalq hüquq normalarına hörmətsizlikdir.  Beynəlxalq təşkilatların təməl sənədlərinə olan hörmətsizliyin əlamətidir. Və onlar hamısı öz mövqeyini belə bir hadisə ilə bağlı ifadə etməlidirlər. Mən xatırlatmaq istəyirəm ki, dünyanın digər bölgələrində belə bir hadisələr baş verəndə Azərbaycan fikrini ifadə edir. Məsələn, bundan qabaq Gürcüstanın işğal olunmuş ərazilərində belə bir oyun keçirilimişdir və Azərbaycanın Xarici İşlər Nazirliyi öz fikirini qəbul olunmaz hadisəyə qarşı ifadə eləmişdir. Məhz dünyanın tanınmış təşkilatları da və digər ölkələr də bu hadisə ilə bağlı öz etiraflarını ifadə etsinlər”.

Ermənistanla sülh danışıqlarının davam etdirilib-etdirilməməsinə gəlincə, A.Mollazadə dedi ki, Azərbaycan danışıqlara hər zaman hazırdır.

“Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir. Lakin Ermənistan rəhbərliyi sanki danışıqların həyata keçirilməməsini istəyir. Beynəlxalq təşkilatlar, vasitəçilər buna reaksiya verməlidirlər ki, Ermənistan danışıqları pozur. Azərbaycan danışıqlara hazırdır. Azərbaycan hər zaman sülh yolu ilə münaqişənin həllinə hazır olduğunu ifadə edir. Ermənistan isə bu danışıqların heç nə olduğunu etiraf edir”, - deyən A.Mollazadə sülh danışıqlarının nəticə verməyəcəyi təqdirdə Azərbaycanın müharibəyə əl atıb-atmayacağı barədə bir söz deməyib.

Vəfa VƏLİYEVA

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı