Ermənistanın Baş naziri Nikol Paşinyanın, Serj Sarqsyanın nə danışmasından asılı olmayaraq, Qarabağ Azərbaycanın torpağıdır.
Eurasia Diary xəbər verir ki, bunu Makedoniya türklərinin rəhbəri, Makedoniya Türk Hərəkat Partiyasının lideri, millət vəkili Enes İbrahim Ermənistanın eks-prezidenti S.Sarqsyanın "Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq" bəyanatına cavabında deyib.
"Hər zaman belə olacaq. Qarabağ türk dünyasının bir parçasıdır. Qarabağı heç kimə yedirtmərik. Bu gün Azərbaycan öz torpaqlarını azad etmək gücündədir. Beynəlxalq aləm Azərbaycanı addım atmağa qoymur.
Ermənistan hansı potensialı ilə Azərbaycana meydan oxuyur?! Aprel savaşında onların gücü ortaya çıxdı. Aprel döyüşlərində ermənilər Laçından, Şuşadan qaçırdılar. Bunu nə tez unudublar?!" - deyə siyasətçi bildirib.(oxu.az)