Biz torpaqlarımızı istəyirik, sülh Qarabağı Ermənistana verir Yeni Qarabağ Hərəkatı (YQH) yaradılır…

Siyasət 09:21 05.09.2019

Otuz ildən çoxdur Qarabağ məsələsi həll olunmamış qalır.  Ərazilərimizin 20 faizindən çoxunun işğalı, ölkəmizin hər yaşayış məntəqəsində yurd-yuvasını itirmiş köçkünlər, yenə ölkəmizin hər yaşayış məntəqəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhid məzarları, sağlamlıqlarını itirmiş qazilər və ən nəhayət ermənilərin at oynatdığı, yallı getdiyi Qarabağ...

Otuz ildən çoxdur ... Zaman keçir, ötən hər dəqiqə zərərimizə işləyir. Mətbuatın gündəmi, rəsmi səfərlərin, xarici ölkələrdə təbliğat prosesinin başlıca mövzusu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, düşmənin işğal etdiyi 20 faiz torpaqlarımızdan çıxması, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin ifşa olunmasıdır. 

Zaman keçir, ötən hər dəqiqə zərərimizə işləyir - zaman öz sözünü deyir. Ermənistan bilir ki, müəyyən bir müddət keçdikcə, dünya dəyişdikcə, artıq torpaq həsrəti, müharibə istəyi öləziyəcək.

Əvvəllər münaqişənin həlli üçün sülh prosesinə ümid var idi. İndi yalnız müharibə istəyi, problemin bir tək müharibə ilə həll ediləcəyindən başqa yol görünmür. Ermənistan rəhbərliyinin son davranışlarından, iddialarından bunu açıq görmək olar.

Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində dövlət mümkün bütün addımları atır. Nəticəsizlik müasir dünya sisteminin bu məsələyə birtərəfli yanaşmasındadır.

Bəs cəmiyyət bu istiqamətdə nələr edir? Öncədən qeyd edək ki, Azərbaycanda Qarabağla bağlı olan bir çox təşkilatlar fəaliyyətdədir. Yəni adı, fəaliyyət istiqaməti Qarabağla bağlı olsa da, Qarabağ üçün hansı işləri görə bilirlər – onu da qətiyyətlə sadalamaq çətindir.

Əldə etdiyimiz məlumatlara görə, torpaqlarımızın azad edilməsi istiqamətində cəmiyyətdə aktivliyin təmin edilməsi və s. kimi məsələlərlə bağlı gənclərin Yeni Qarabağ Hərəkatı (YQH) yaradılır.

Xüsusilə gənc nəslin şüurunda Qarabağın yerini möhkəmlətmək, hərtərəfli hazırlıq hərəkatın prioritetlərindən hesab olunur.

Belə bir vəziyyətdə, yeni hərəkatın yaradılması faydalı olacaqmı – bunu qiymətləndirməyi isə ekspertlərin öhdəsinə buraxaq.

Qayıdaq Qarabağ münaqişəsi ətrafında aktivliyin azalması, cəmiyyətin hətta kobud səslənsə belə laqeydliyinə... Bu durumu yaradan amillər nədir? Həqiqətən, Qarabağ münaqişəsindən danışmağa, torpaqlarımızın işğal olunması, Azərbaycanın başına gətirilənləri dəfələrlə dilə gətirməkdən yorulmuşuq?

Bu suallar haqqında Xocalıdan olan deputat Elman Məmmədov danışıb. O, Qarabağla bağlı aktivliyin azalmasını qəbul etmir:

 “Qarabağın işğaldan azad olunması, ətraf rayonlarımızın düşməndən təmizlənməsi Azərbaycan xalqının hər bir nümayəndəsinin diqqət mərkəzində olmalıdır. Bu problem həmişə gündəmdə qalmalıdır. Bütün cəmiyyət, dövlət qurumları, qeyri-hökumət təşkilatları, rəsmi və qeyri-rəsmi qurumlar, media, televiziyalar problemin həlli ilə bağlı məqamları qabartmalıdırlar. Hər bir təhsil ocağında Azərbaycanın ən vacib problemi yeni nəslə çatdırılmalıdır. Vətənpərvərlik istiqamətində apardığımızı təbliğatın başlıca məqsədi məhz Qarabağı unutdurmamaqdır. Başımıza gətirilənləri unutmaq kimliyini, milliliyini unutmaq deməkdir”.

Məsələnin siyasi müstəvidə görüntüsünə gəlincə, E. Məmmədov deyir ki, Ermənistanın indiki rəhbərliyi Azərbaycana qarşı əvvəlkilərdən daha açıq düşmənçilik, işğalçılıq mövqeyindədir:

“Rəhbərlik özünün bütün hərəkətləri, bütün bəyanatları ilə Azərbaycana başqa çıxış yolu qoymur. Biz görürük ki, 30 ildir danışıqlar nəticə vermir, sülh yolu ilə bu problemi həll etmək qeyri-mümkünləşir.  Dəfələrlə bəyan etmişik ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Biz müharibə istəmirik. Biz dədə-baba torpaqlarımızı istəyirik. Ermənistanın hərəkətləri isə ancaq müharibə istəyidir. Onlar torpaqlarımızı özünüküləşdirməyə can atırlar. Hesab edirəm ki, Azərbaycan tezliklə düşmənin bu cür davranışlarından nəticə çıxaracaq. Biz həm beynəlxalq qanunlara, həm də öz Konstitusiyamıza əsaslanaraq torpaqlarımızı düşməndən azad edib, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Dediyiniz kimi Qarabağla bağlı hər hansı yeni təşkilat yaranırsa, bundan məlumatım olmasa da, torpaqlarımızın azad edilməsi istiqamətində atılacaq hər bir addımı müdafiə edirəm”. (modern.az)

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı