Səfir İsgəndərov hansı məmura aydın mesaj göndərdi?! "Bizim ödəniləcək hesabımız yoxdur..."

Siyasət 11:58 05.09.2019

Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Bakı ilə Brüssel arasında ikitərəfli ticarət-strateji tərəfdaşlıq razılaşmasına dair danışıqların necə getdiyinə dair “Euractiv.com” portalının redaktoru Georgi Qotevə müsahibə verib.

Eurasia Diary virtualaz.org-a istinadən xəbər verir ki, bu günlərdə həmin sayt Avropa Komissiyasındakı mənbəyə istinadən danışıqların dalana dirəndiyini, əsas problemin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük  marağının olmaması, habelə azad bazar iqtisadiyyatı prinsiplərini qəbul etmək istəməməsi barədə olduğunu yazmışdı.

 

Eurasia Diary səfirin müsahibəsindən fraqmentləri təqdim edir:

-Bayramlar başa çatdı və Brüsseldə , ola bilsin həm də Bakıda siyasi mövsüm artıq başlayıb. İkitərəfli gündəmdə yeni nə var?

-Doğrudan da siyasi mövsüm başlayıb, lakin bizim üçün Azərbaycanda yay fasiləsi doğrudan da çox qısa oldu. Xatırlayırsınızsa Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri iyulun ortalarında baş tutdu, habelə bizim ikitərəfli razılaşmaya dair son danışıqlar raundu da yayın ortalarında oldu. İndi bizdə proses sürətlə davam edəcək. Sentyabrın 10-da, 11-də və 12-də razılaşmanın ticarət və instusional aspektləri ilə bağlı üç videokonfrans olacaq. Mən hesab edirəm ki, bu Azərbaycan tərəfinin danışıqlara məqsədyönlü yanaşmasını göstərən ən yaxşı illüstrasiyadır.

İkitərəfli münasibtətlər inkişaf edir, güclənir. Biz TAP qaz kəmərinin başa çatdırılması üzərində çox fəal işləyirik və hesab edirik ki, Azərbaycan qazı 2020-ci ildə Avropa bazarına çıxacaq. Bu Azərbaycanın ümumi yanaşmasıdır: biz çox möhkəm iqtisadi baza yaradılması üzərində işləyirik və siyasi danışıqlar, siyasi dialoqumuz , əlbətdə, həm də ikitərəfli münasibətlərimiz bu baza üzərində dayanır.

-Siyasi razılaşma barədə danışarkən onu Yunkerin komissiyasının səlahiyyət müddəti başa çatana qədər yekunlaşdırmaq mümkün olacaqmı?

-Bizim əvvəldən heç bir vaxt məhdudiyyətimiz olmayıb. Bu, danışıqların başlıca məqsədi deyildi. Azərbaycan tərəfi üçün ideya bundan ibarətdir ki, Aİ-dən olan dostlarımızla  hər iki tərəf üçün faydalı olan hərtərəfli, əhatəli, strateji yönümlü razılaşma əldə edək. Beləliklə, Azərbaycan Aİ ilə ikitərəfli razılaşmaya dair öz layihəsini təqdim edən birinci tərəf oldu. Danışıqlara başlayandan sonra Aİ tərəfi bir çox dəyişikliklər etdi. Yəni biz təkcə öz təklifimiz üzərində deyil, Aİ-nin təklifləri üzərində də işlədik. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsinə əsasən Brüssel həmişə öz razılaşma layihələrini hazırlayıb təqdim edib və heç vaxt bunun əksi olmayıb. Biz bu məsələdə birinci olduq. Bir qayda olaraq çox qısa müddətdə, təxminən iki il ərzində qarşılıqlı məqbul formula tapa bildik. Bu çox ciddi nailiyyətdir. Və biz heç vaxt müddətin azlığından şikayət etməmişik. Aİ tərəfi danışıqları indiki komissiyanın səlahiyyət müddəti başa çatana qədər yekunlaşdırmağı təklif edib. Bu pis olmazdı, amma öz-özlüyündə bizim qarşımızda məqsəd kimi dayanmır.

-Komissiyanın məmurları deyirlər ki, hədəfə çatmaq olar, amma bəzi məhək daşları var, xüsusən də ticarətdə. O cümlədən Azərbaycanın ÜTT-in üzvü olmaması məsələsində...

-Azərbaycan ÜTT-yə üzv olmaq üçün danışıqlar aparır. Lakin üzvlük barədə qərar qəbul etməzdən əvvəl biz dünyada ticarət münasibətlərində, o cümlədən ÜTT çərçivəsində, nə baş verdiyini dəqiqləşdirməliyik.

 -Biz ikitərəfli danışıqları müzakirə etdik. Lakin şaiyələr gəzir ki, üçüncü tərəf də buna müdaxilə edir, bu haqda nə deyərdiniz?

 -Aİ regionun bəzi ölkələri ilə müqavilələr imzalayıb, amma Azərbaycanla hələ imzalamayıb. Bu binanı pəncərələrdən başlayıb tikməyə oxşayır, giriş qapısı olmadan. Siz regionda Azərbaycanın iştirakı olmayan hansısa nəqliyyat, energetika və istənilən digər layihənin reallaşmasını görmüsünüz?

Azərbaycan Aİ üçün təkcə ikitərəfli səviyyədə deyil, həm də regional səviyyədə mühüm rol oynaya bilər. Biz ötən il Aİ-dən olan tərəfdaşlarımızın təşəbbüsü ilə təhlükəsizlik və nəqliyyat məsələlərinə dair iki dialoq başlatmışıq. Və mən hesab edirəm ki, bu bizim münasibətlərimizin çox mühüm aspektləridir.

-Siz əsasən bunu demək istəyirsiniz ki, ölkəniz ikitərəfli münasibətlər üçün bileti alıb, amma qatarda başqaları gedir?

-Xeyr, mən sadəcə olaraq sizin bu günlərdə yaydığınız məqaləni xatırladıram. Orada siz Komissiyanın məmuruna isinad edib yazırsınız ki, Azərbaycan razılaşma imzalamaq istəyir, amma “qiymət ödəmək” istəmir. Yeri gəlmişkən siz məmurun adını açıqlamırsınız. Amma biz adımızı gizlətmirik və aydın şəkildə deyirik: Azərbaycanda Aİ üçün ödənilməli olan hesab yoxdur. Lakin mən düşünmürəm ki, “qiymət ödəmək” kimi frazalar danışıqlarda kompleks həll üçün ən yaxşı vasitədir.

-Ermənistanla danışıqlarda irəliləyiş varmı?

-Təəsüf ki, biz erməni tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa pozitiv səylərini görmürük. Erməni məmurlarının son provokativ bəyanatları situasiyanı daha da mürəkkəbləşdirib. Bu habelə onu göstərir ki, indiki Ermənistan hökuməti beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaq yolunu davam etdirir. Lakin biz siyasi həll tapmaq ümidlərini itirmirik.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Hamısı