Türkiyənin Van vilayətində təhlükəsizlik orqanlarına uzunmüddətli danışıqlardan sonra təslim olan PKK terror təşkilatının bir üzvü dindirmə zamanı maraqlı etiraflar edib.
O, PKK daxilində sui-qəsd və işgəncə hallarının geniş yayıldığını və bundan qorxan onlarla gənc terrorçunun dağlarda qaçaraq gizləndiyini bildirib.
Eurasia Diary Anadolu Agentliyinə istinadla xəbər verir ki, təslim olan gənc terrorçu bu sui-qəsd və işgəncələrin səbəblərini belə izah edib:
"Türk ordusunun ardıcıl uğurlu hərbi əməliyyatlarından sonra PKK-nın lider qrupunun üzvlərindən bir neçəsi həlak oldu və PKK ciddi itkilərlə üzləşdi. Bütün bunlar sağ qalan təşkilat liderlərinin hiddətinə səbəb oldu və onlar bütün uğursuzluqların günahını sonacan döyüşmədən qaçan gənclərdə gördülər.
PKK yaşı 18-dən aşağı olan uşaqları şirnikləndirərək, müxtəlif vədlərlə aldadaraq təşkilata cəlb edir. Daha sonra bu uşaqları zorla nakotik aludəçisinə çevirirlər. Həmçinin yaşı 18-dən aşağı olan uşaqlara qarşı cinsi təcavüz halları da geniş yayılıb. Təcavüzə uğramış və narkotik alüdəçisinə çevrilmiş uşaqları PKK rəhbərləri ön cərgələrdə yerləşdirir və onlardan canlı bomba kimi istifadə edirlər"- deyə təslim olan terrorçu əlavə edib.
Qeyd edək ki, Türkiyənin PKK terror təşkilatına qarşı hərbi əməliyyatları "Pəncə -3" əməliyyatına adı altında davam etdirilir.