“Ermənistan 20-30 ildən sonra yox olacaq” AÇIQLAMA

Siyasət 16:04 06.09.2019

“Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.

Eurasia Diary verir ki, bu açıqlamanı Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri Sergey Stankeviç edib.

O, həmçinin iddia edib ki, Rusiya və Türkiyə əlaqələrinin dərinləşməsi sonda Ankaranın NATO-dan çıxması ilə nəticələnə bilər. 

Rusiyanın sabiq prezidentinin müşavirinin fikirlərinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə bildirib ki, Stankeç savadlı olsa da, Rusiyanın dərin şəxsi hesab edilmir: “Əvvəla onu deyim ki, Stankeviç 1992-ci illərin əvvəllərində həqiqətən yüksək post tutub. Sonradan sübut olunmuş rüşvət ittihamı ilə mühakimə olundu. Həbsdən çıxandan sonra bir müddət gözə görünmədi. Hazırda federal düşərgənin nümayəndəsi kimi bütün forumlarda iştirak edir. Savadlı adamdır, özünü Qərb dəyərlərinin müdafiəçisi kimi göstərsə də, amma nəticədə rus liberalıdır və bunu müdafiə edir. Mənim ona münasibətim tam mənfidir və onu dərin adam saymıram. Onun öncəgörmələrini ciddi qəbul etmirəm. 

Yeni nəsillərin dəyişməsi fikri əslində Rusiyanın arzusudur. Moskva istəmir ki, Dağlıq Qarabağ problemi həll edilməsin. Mümkün qədər on illər, yüz illər bu problem davam etsin. Nəticədə Qarabağ aləti vasitəsilə Cənubi Qafqaz nəzarətdə saxlanılsın. Bu o deməkdir ki, Cənubi Qafqaz xalqları həqiqətən suveren ola bilməyəcəklər. Həmin xalqlar Rusiyanın nəzarəti altında qalacaqlar. Bunu təxmin etmək olar ki, 10 milyonluq Azərbaycan mövcud vəziyyətə dözə bilər, ancaq 1,5 milyonluq və mütəmadi geriləyən Ermənistan buna dözə bilməyəcək. Stankeviçin təxmininə əsasən, Ermənistan onda 20-30 ildən sonra yox olmalıdır. Əgər münaqişənin bir tərəfi yoxa çıxırsa, digəri tərəfi qalib olur”. 

Politoloq daha sonra qeyd edib ki, Ankaranın NATO-nu tərk etməsi heç bir halda qəbuledilməzdir: “Türkiyənin NATO-nu tərk etməsinə gəlincə, bu ölkə kifayət qədər oturuşmuş, siyasi qərarları yetkin dövlətdir. Ankara heç vaxt Türkiyə Resublikasının böyük siyasi dayağı olan NATO-dan öz xoşu ilə çıxmaz. Əks halda da onu heç kəs bu qurumdan çıxara bilməz. Türkiyə NATO-nun möhtərəm bir üzvüdür və hərbi alyansa çox lazımdır. Ankranın NATO-nun digər üzvlərindən fərqli fikirlərə sahib olmasına gəlincə, bu demokratik düşüncələrdən irəli gəlir. Qərbdə demokratik qaydadır ki, hər kəsin öz rəyi var. Bu o demək deyil ki, kimsə qurumu tərk etməlidir və ya hansısa ölkə qurumdan çıxarılmalıdır. Hər bir ölkənin rəyi olur, Ankara da öz dövlət maraqlarını istədiyi kimi müdafiə edir.

Türkiyənin Rusiyadan “S-400” RƏM sisteminin alınmasının konkret səbəbi olub. Bu ona görə baş verib ki, ABŞ tərəfi Türkiyəyə “Patriot” raketlərin satmaqdan imitna edirdi. Buna cavab olaraq da, Ankara Rusiyadan RƏM sistemini aldı. ABŞ-ın “F-35” təyyarələrinə alternativ olaraq Rusiyadan “Su-57” və digər təyyarələrin alınması əslində kommersiya fəndidir. Türkiyə Birləşmiş Ştatlara açıq şəkildə göstərir ki, əgər Vaşinqton “F-35” məsələsində də eyni mövqe göstərsə, yenə alternativ var və Rusiyaya üz tutulacaq. Türkiyənin Rusiyadan alacağı təyyarələr yaxın on ildə mümkün müharibə şəraitində çox uğurlu istifadə edilə bilər. Bu da var ki, “F-35”in bir çox mühüm hissələrini Türkiyə özü istehsal edir və Amerikaya verir. Bu baxımdan ABŞ-a əl verir ki, həmin təyyarələri Türkiyəyə satsın. Onu da deyim ki, “F-35”lərin məhdud sayı Türkiyə Hava Qüvvələrində var. Lakin müqavilədə göstərilən sayda deyil. Fikrimcə, ABŞ öz inadından dönüb bu təyyarələri Türkiyəyə satmaqda davam edəcək”.(baku.ws)

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

İran və Rusiya yeni saziş imzalayır
İran və Rusiya yeni saziş imzalayır
09:50 16.04.2024
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
09:23 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Hamısı