Ermənistan Müdafiə Nazirliyinin rəsmisi dindirilmək üçün İstintaq Komissiyasına dəvət olunub.
Eurasia Diary xəbər verir ki, erməni KİV-ləri qapalı iclasdan bəzi detalları üzə çıxara bilib.
Məlumata görə, MN rəsmisinin kimliyi məlum olmasa da, iclas kifayət qədər qızğın keçib və əsasən İstintaq Komissiyasının rəhbəri Andranik Köçəryan qeyd edilən şəxsə qarşı suallar verib. Komissiyanın digər üzvləri isə əsasən dinləyici qismində olublar. Buna baxmayaraq, onlar da müdaxilə etməyə və öz sözlərini deməyə çalışıblar.
Qeyd edilir ki, Komissiya iclaslarının hər dəfə müxtəlif yerdə, hətta parlament binasından kənarda keçirilməsinə qərar verilib. (ordu.az)