"ATƏT-in indiki fəaliyyəti bizi də qane etmir".
Bunu Eurasia Diary-ə açıqlamasında politoloq Elxan Şahinoğlu Milli Məclisin komitə sədri Eldar İbrahimovun "ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməlidir" fikrinə münasibət bildirərkən deyib.
"Düzdür, Rusiya, Amerika və Fransanın bölgədə maraqları var və bu, prosesə müsbət təsir etmir. Biz çox istərdik ki, bu formatda Türkiyə də yer alsın. Lakin, bunu reallaşdırmaq çox çətindir. Tək bizim istəklərimizlə məsələ həll olunmur. Türkiyənin qatılmasını Ermənistan da, digər böyük dövlətlər də istəmir. Çünki Türkiyə yer alsa, Cənubi Qafqazda rolu artacaq. Biz istəsək də, bu alınmayacaq. Amma yenə də, bizim Xarici İşlər naziri öz mövqeyini bildirməlidir ki, Minsk qrupu belə fəaliyyət göstərə bilməz, ən azından Paşinyan "Qarabağ Ermənistandır. Nöqtə” ifadəsini işlədirsə, buna bir reaksiya birdilməlidir", - deyə E.Şahinoğlu bildirib.
Leyla Qəniyeva