Prezident Gürcüstanın Baş Nazirini təbrik edib | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


Prezident Gürcüstanın Baş Nazirini təbrik edib

Siyasət A- A A+

Prezident İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya təbrik məktubu göndərib.

Eurasia Diary-nin verdiyi xəbərə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Baş Nazir,

Gürcüstanın Baş Naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...